Siyasət, ZZ-Manşet

Con Kerri və Lavrov arasında danışıqlar keçirilib

con kerri-sergey lavrovParisdə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında danışıqlar keçirilib.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ səfirinin iqamətgahında təşkil olunmuş görüş 3 saatadək davam edib. Lavrov və Kerri arasında görüş təkbətək söhbətlə yekunlaşıb. Nümayəndə heyətlərinin görüşündən əvvəl də Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında iqamətgahın həyətində təkbətək söhbət  olub.

Danışıqların yekunlarına dair Con Kerri qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Donetsk və Luqanskda referendumun nəticələrini tanımayacaq.

“Donetsk və Luqanskda müstəqillik haqqında referendum keçirmək cəhdləri Minsk sazişinin pozulması kimi qiymətləndirilir və onun nəticələrini nə Ukrayna hakimiyyəti, nə də beynəlxalq ictimaiyyət  tanımayacaq”, deyə Kerri bildirib.

Kerri həmçinin qeyd edib ki, ABŞ və Rusiya arasında  “İŞİD” qruplaşması ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.