GSR TV, Reportaj, ZZ-Manşet

Çoşğunluq və ehtirasın rəqsi - Reportaj

Coşqunluq və ehtirası ilə dünyada tanınan Latın Amerika rəqsləri 1500 il əvvəl Afrikada yaranıb. Özündə sənət, idman və musiqini birləşdirən latın rəqsləri Afrikada yaransa da daha çox Karib adaları, Kanar adaları, Avropa və Latın Amerikasında yayılıb.

Azərbaycanda latın rəqslərinin xareoqraflarından biri Emin Qurbanov bu rəqslərin özəlliyindən danışır.

“İstənilən rəqsin özəlliyi ondadır ki, hər kəsin öz zövqü var, öz daxili hissləri var və bu da onlara lazım olan rəqsi seçməkləri üçün şərait yaradır. Latın rəqslərinə maraq göstərən insanlar isə daha çox enerji dolu, pozitiv insanlar olur. Bu da həmin rəqslərin özünəməxsusluğudur”.

Latın rəqslərinin içərisində daha çox məşhur olanları ça-ça, salsa, rumba, baçata və kizombadır. Bunlardan romatika ilə erotikanın üstünlük təşkil etdiyi baçata və salsa sadə addımlar və çevik hərəkətlərlə seçilir.

XIX əsrin sonunda yaranan Salsa rəqsinin vətəninin hara olması ilə bağlı çoxsaylı rəvayətlər olsa da, onu əsasən “Kuba yuxusu” adlandırırlar. Oynaq melodiyası olan Salsa rəqsi akustik gitara və müxtəlif zərb alətlərindən yaranan musiqi mədəniyyətinə aiddir. Kişilərin rəhbərliyi altında ifa edilən Salsada müxtəlif improvizələr bu rəqsi daha da əyləncəli edir. Salsanın 7 fərqli növü var: Nyu-York, Mambo, Kuba, Porto Riko, Mayami (Miami), Rueda de Casino, Los Ancelas.

Latın rəqsləri içərisində məşhur olanlardan digəri – Baçatanı isə 1960-cı illərdə Dominikan Respublikasının aşağı təbəqəli əhalisi yaradıb. Baçata 4\4 ritmli rəqs növüdür və əsas çalğı aləti gitaradır. Bu rəqsə indi Avropada daha çox maraq göstərilir. Ayaq hərəkətlərinə üstünlük verən Baçata həm də səmimiyəti ilə digər rəqslərdən seçilir. Hazırda Baçata demək olar ki, bütün dünyaya yayılıb və kasıb dominikanlıların siyasi, sosial cəhətdən təcrid edildiyini əks etdirir.

Hazırladı:

Jalə Haşımova

Sona Abdullayeva

 

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.