İdman, ZZ-Manşet

Dağıstandan daha 2 bürünc medal

Gulesh_130410_7Dağıstan Respublikasında 1997-98-ci il təvəllüdlü sərbəst güləşçilər arasında açıq Respublika turniri keçirilib.

GSR.fm-in Trend-ə istinadən verdiyi məlumata görə, sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət Azərbaycan yığma komandasının üzvləri turnirdə iştirak edib və 2 bürünc medal qazanıblar.

Məşqçilər Namiq Quliyev və İsaməddin Hüseynovun rəhbərliyi altında qonşu respublikaya yollanan güləşçilər 2 bürünc medalla Vətənə qayıdırlar. 35 kq çəkidə Tofiq Əliyev və 42 kq-da mübarizə aparan Röyal Ağamalıyev fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

46 kq çəkidə yarışda iştirak edən Babək Hüseynov isə yarışı 5-ci yerdə tamamlayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.