Regionlar Danışır

Dağlar qoynunda şəhər – Şəki

Azərbaycanın ən qədim şəhərlərindən biri Şəkidir.

Şəki şəhəri Respublikanın şimal-qərbində, dəniz səviyyəsindən 700 metr yüksəklikdədir.  Paytaxtdan 370 km aralı, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və s. kimi adlandırılmışdır.

Vaxtilə indiki Şəki şəhərindən 10-15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad(488—531) tikdirir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrilir. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşir.

1747-ci ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövlət olur. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olunur. Xanlığın əvəzinə Şəki əyaləti, 1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradılır. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil olur və Nuxa qəzası adlandırılır.

1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti qurulur. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edilir. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başlayır.

18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilmir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir bnirdən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapır. O dövrdən qalma məhəllə, küçə adları indiyə qədər qorunub saxlanır.

Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.

2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşdirilir, Şəki şəhərinin Baş Planı hazırlanır.

 

Öncəki xəbərNövbəti xəbər