Magazine, ZZ-Manşet

Daha bir məşhur cütlük 11 il sonra ayrılır

Ancelina Coli və Bred Pitdən sonra Hollivudun daha bir məşhur cütlüyü ayrılır.

GSR.fm Axşam.az-a istinadən xəbər verir ki, 11 ildir birgə yaşayan aktrisa Naomi Uotts və aktyor Liv Şrayber bu haqda açıqlama da yayıblar:

“Biz qərara gəldik ki, ailəmiz üçün ən yaxşı addım ayrılmağımızdır. Ayrılırıq, amma ürəyimizdəki bir-birimizə sevgi, hörmət və dostluq qalır. Bizim münasibətimiz bitmir. Bundan sonra uşaqlarımızın tərbiyəsi ilə birgə məşğul olacağıq, onları qayğı, sevgi və diqqətlə əhatə edəcəyik. Biz bu yeni mərhələyə hazırıq. Jurnalistləri başa düşürük, ancaq bu həssas günlərdə ailəmizi, oğullarımızı düşünmələrini və onları narahat etməmələrini xahiş edirik”.

Qeyd edək ki, N.Uotts və L.Şrayber 2005-ci ildən bəri görüşürlər. Bu müddət ərzində onların iki oğlu dünyaya gəlib: 9 yaşlı Aleksandr “Saşa” Pit və 8 yaşlı Semuel “Semmi” Kay.

1

2

3

94000_0yfznewb5m

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.