Müsahibə, ZZ-Manşet

“Danışıqların faydalı olduğunu iddia etmək ictimai rəyi aldatmaqdır”

fazil mustafaaVyanada ATӘT-in Minsk qrupu üzvlәri ilә hәmsәdrlәr arasında Dağlıq Qarabağ münaqişəsi ilә bağlı danışıqlar baş tutub. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik tvitter hesabında: “Dağlıq Qarabağ münaqişəsi ilә bağlı tәdbirlәr vә növbәti addımlarla bağlı Vyanada ATӘT-in Minsk qrupu nümayәndәlәri ilә faydalı danışıqlar apardıq”-deyə, bildirib.

Bunu APA xəbər verir.

GSR.fm olaraq bu görüş haqqında millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik. Danışıqları faydalı hesab etmədiyini bildirən millət vəkili ortada heç bir nəticənin olmadığını qeyd edir:

“Danışıqların faydalı olduğunu iddia eləmək, məncə bu ictimai rəyi aldatmaq mənasını daşıya bilər. Çünki fayda əməldə ortaya qoyulmalıdır. Yalnız konkret olaraq işğalçının tanınması, işğal olunmuş ərazilərin boşaldılması istiqamətində fayda görmək mümkündür. Amerikalı həmsədr üçün ola bilsin ki, bu fayda kimi qəbul oluna bilər. Amma Azərbaycan üçün belə bir anlayışın yaranması o zaman mümkündür ki, beynəlxalq hüquqla təsdiq olunan Azərbaycanın hüquqları yerinə yetirilsin. Yəni torpaqların boşaldılması istiqamətində Ermənistan tərəfi öhdəlik götürsün. Ona görə də bu, bizim nöqteyi-nəzərimizdən heç bir halda faydalı müzakirə hesab oluna bilməz. Çünki nəticəsi ortada yoxdur”.

Fazil Mustafanın sözlərinə görə, işğalçılıq siyasəti yeridən Ermənistana qarşı heç bir addım atılmır:

“Dağlıq Qarabağ və onun ətrafında olan torpaqların indiyədək işğal ərazisi kimi qalması kimsəni narahat etmir. Hətta Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Birliyi (AB) də Rusiyaya işğalçılıq siyasəti yeritdiyi üçün sanksiya tətbiq edir. Eyni işğalçılıq siyasəti yeridən Ermənistana qarşı hər hansı bir addım atmaması onu göstərir ki, məhz Avropa ölkələrinin, Amerika Birləşmiş Ştatlarının (ABŞ) əsas düşüncəsi Ermənistanı necə himayə etmək, onu bu problemdən necə itkisiz çıxartmaqdır. Ona görə də tərəflər arasında balanslı bir yanaşma olmadığına görə, görüşün faydalı olduğu düşüncəsində deyiləm”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.