Magazine, ZZ-Manşet

David Vendetta Bakıda konsert verəcək

davidBu il oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (bulvarda) təşkil olunacaq Avropa mədəniyyəti festivalının – “Avropa Şəhərciyi 2016”-nın proqramı açıqlanıb.

GSR.fm Report-a  istinadən xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə təşkil olunub.
Qonaqlara fokusçuların çıxışı, rəqs nömrələri, italiyalı aşpazların bacarıqları təqdim olunacaq.

Eyni zamanda, Aİ-yə üzv ölkələrin bayraqlarının düzgün tapılması üzrə müsabiqələr keçiriləcək, Aİ ölkələrindən olan müxtəlif ifaçıların çıxışları səslənəcək.

Tədbir məşhur di-cey David Vendettanın konserti ilə başa çatacaq.

Festivalın keçirilməsinin əsas məqsədi Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaradılmasıdır. 2013-cü ildən etibarən Bakıda hər il bu cür tədbir keçirilir.

Öncəki xəbərNövbəti xəbər