Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
GSR.fm-in Qol.az-a istinadən verdiyi xəbərə görə, bu gün daha 3 qarşılaşma keçiriləcək.
C qrupunda Kolumbiya Fil Dişi Sahili yığmasını sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən liderlərin görüşündə Kolumbiya millisi 2:1 hesabı ilə qələbə qazanıb.
Qrupun digər oyunun Yaponiya və Yunanıstan komandaları üz-üzə gələcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 03:00-da veriləcək.
D qrupunda bir qarşılaşma keçiriləcək ki, burada da Uruqvay və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
C qrupu
21:00. Kolumbiya – Fil Dişi Sahili – 2:1
Qollar: Ceyms Rodriqes, 64 (1:0), Kintero, 70 (2:0), Jervinyo, 73 (2:1)