Xəbəriniz olsun, ZZ-Manşet

“Deadline” sözünün tarixi - Xəbəriniz Olsun

Universitet və iş dünyasının ən çox işlətdiyi “deadline” sözünün kökü qorxulu həqiqətə gedib çıxır. Bəziləri düşünürlər ki, dünyada “deadline” deyə bir söz  olmasaydı, əvvəlcə akademik həyat, sonra isə iş həyatı sevinc dolu yerlərə çevrilərdi.  “Deadline”-a görə neçə gecəni yuxusuz keçirənlər olub. Hətta çatdıra bilməyəndə qürurunu sındırıb vaxtı uzadanlar da az deyil. Amma hələ də “deadline” haqqında bilmədiyimiz şeylər var. Əslində “deadline” sözünün qorxunc  tarixi var. “Dead” və “line” yəni “ölü” və “xətt” sözlərinin birləşməsindən yaranan “deadline” bizim bildiyimiz mənası ilə “son təhvil tarixi” deməkdir. Tam mənasını belə də izah edə bilərik : “O tarixə qədər işini, tapşırığını təhvil verməmisənsə, ondan sonra da təhvil verməyinə ehtiyac yoxdur”. Bu sözün  ortaya çıxması isə 19-cu əsrdə Amerika Vətəndaş Müharibəsi vaxtına təsadüf edir.

10311761_10152096958207799_6307661858855858991_n

Yazıçı Christine Ammerə görə, “deadline” sözü Andersonville, GA əsir düşərgəsində yaranan anlayışdır və ilk dəfə müfəttiş general Kolonel D.T. Chandlerın  hesabatında rast gəlinib. Hesabatda düşərgənin ətrafının 20 sm diametrində və 4.5 metrliyində yabalarla əhatələndiyi qeyd olunub. Əsirlərin buradan o biri tərəflərə keçməsi qadağan olunmuşdu və bu əraziyə  “deadline” adı verilmişdi. Bölük komandiri  Valter Bovienin yenə eyni zamana aid olan hesabatında isə bu sözlər yazılıb: “Əsir düşərgəsinin altı metrə qədər içərisində, gecə və gündüz, heç bir məhkumun o biri tərəfinə keçə bilməyəcəyi və keçdiyi təqdirdə vurularaq cəzalandırılacağı bir ölü-xətt (deadline) var”.deadline-1

Alim  David A.Kelly Jr. Isə “deadline”ın təkcə Andersonville, GA əsir düşərgəsində deyil, daha çox həbsxanalarda istifadə edildiyini deyir.

deadline-2

19-cu əsrdə keçdiyiniz zaman əvəzini ölümlə ödəyəcəyiniz bir xətt mənasına gələn “deadline” təzyiq prosesinə məxsus sözə çevrildi.  Mətbəəçilər tərəfindən istifadə edilən “deadline” sözü isə, kənarına keçildiyi təqdirdə mətnin düzgün çap olunmayacığını göstərən xətt mənası verirdi.

Mənbə:nolm.us

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.