Texnologiya, ZZ-Manşet

Dekoderlər gömrük idxal rüsumundan azad olunur

decoderGələn həftədən Azərbaycana idxal edilən DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar gömrük idxal rüsumundan azad ediləcək.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemləri gömrük idxal rüsumundan azad ediləcək. Bu qərar 3 il müddətində qüvvədə olacaq.

Öncəki xəbərNövbəti xəbər