Müsahibə, Siyasət, ZZ-Manşet

“Demokratik keçirilən seçkilər milli azlıqlara təsir edir”

secki

30 oktyabrda Gürcüstanda parlament seçkilərinin ikinci mərhələsi keçirilib. II turun nəticələrinə görə, səsvermədə səslərin sayının hesablanmasından sonra “Gürcü Arzusu” partiyasının irəli sürdüyü namizəd Tamaz Naveriani səs çoxluğu ilə qələbə əldə edib.

Bu haqda siyasi ekspert Arzu Nağıyev  GSR.fm-ə müsahibə verib. O, bildirib ki, bu gün konstitusiyaya görə daha böyük olmaq üçün, ən azı seçkilərdə iştirak etmək və təyinatlar etmək üçün 113 deputat lazımdı:

“30 oktyabr tarixində Gürcüstanda 50 birmandatlı dairədən yenidən seçkilər keçirildi. Demək olar ki, MSK-nın verdiyi məlumata görə 48-i “Gürcü Arzusu” deyilən partiyanın nümayəndəsi kimi qeydiyyatdan keçdi, yəni, seçildi. Mixail Sarkaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” bunların heç bir dairəsində səs toplaya bilmədi. Ümumi Gürcüstan parlamentində 150 deputat olmalıdı. Bunlar 4 illiyə  seçilir. Birinci tur oktayabrın 8-i və qarışıq seçki sistemi ilə keçirilmişdi. Professional partiya siyahısına görə 77 deputat seçilmişdi. 73 deputat isə birmandatlı dairələr ilə seçilməlidi. Dünənki məsələ də əsasən bundan ibarət idi. Birinci turun 5%-i bariyeri keçənlər “Gürcü Arzusu” idi. Hardasa 48-49% səs yığmışdı və 44 mandat getmişdi. Sarkaşvilinin partiyası isə 27 mandat getmişdi. “Patriotların Alyansı” deyilən bir qrup var ki, onlar da 5%-lik bariyeri keçmişdilər. 73 birmandatlı dairədə 23-də “Gürcü Arzusu”, yerdə qalanların 63-nü isə digərləri götürmüşdü.. Dünən mən Marneulidə keçirilən seçkilərə baxdım. Azərbaycanlı və gürcü namizədlər arasında  keçirildi. Gürcü namizəd “Gürcü Arzusu”ndan, azərbaycanlı namizəd isə Sarkaşvilinin rəhbəri olduğu “Vahid Milli Hərəkat”ın nümayəndəsi idi. Ancaq burada bilindiyi kimi “Gürcü Arzusu” qalib gəlmişdir. Demokratik şəraitdə keçirilən seçkilər tək azərbaycanlılara deyil, ümumən Gürcüstanda yaşayan bütün milli azlıqlara öz təsirini göstərir və göstərməkdədir”.

Arzu Nağıyev Ə. İmamquliyevın seçkilərdən narazılığı bağlı da açıqlama verib. O, qeyd edib ki, biz bu gün Azərbaycanda oturub kimin düzgün seçilib seçilməməsi haqqında qərar qəbul edə bilmərik:

“Mən, Əhməd İmamquliyevin bəyənatını şərh eləyə bilmərəm. Gürcüstanın Mərkəzi seçki komitəsi bu barədə özü öz qərarını verməlidir. Əgər Əhməd İmamquliyev həiqətən də seçkilərlə razı deyilsə artıq o məhkəməyə və digər müraciət forması var ona müraciət eləyə bilər”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.