Sosial, ZZ-Manşet

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi yaradılıb

Azerbaycan-Nazirler-Kabineti-160112Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

GSR.fm-in Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Nizamnaməsi, strukturu təsdiqlənib, işçilərinin say həddi 135 vahid müəyyənləşdirilib.

Mərkəzin müasir avadanlıq və vasitələrlə təmin edilməsi və 2014-cü ilin sonunadək cari fəaliyyətinin təşkili məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına 2 milyon 565 min 265 manat məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin strukturuna Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Aparatı, Liman Nəzarəti Müfəttişliyi Xidməti, Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi və Bələdçi Xidməti daxildir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.