İdman, ZZ-Manşet

Devid Bekhem futbola qayıda bilər

devid-bekhem-570x3602012/2013 mövsümünün sonu futbolçu karyerasını başa vuran Devid Bekhem yenidən yaşıl meydanlara qayıda bilər.

GSR.fm-in Qol.az-a istinadən verdiyi xəbərə görə, o, futboldan getdikdən sonra çox çətin dönəmlər yaşadığını deyib. 39 yaşlı Bekhem yenidən futbola qayıtmasına da mümkün hesab edib:

“Futbolçu karyermanı bitirdikdən sonra ilk zamanlar dincəldim. Amma sonradan bu durumdan sıxılmağa başladım. “Futbola qayıda bilirəmmi?” – deyə özümə suallar verirəm. Daha əvvəl həm klub sahibi, həm də futbolçu olan birini xatırlamıram. Bundan sonra niyə olmasın?”.

Qeyd edək ki, D.Bekhem bu il Amerikada şəxsi futbol klubu yaradıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.