Podkastlar

Dilənçilər, yoxsa küçə sənətkarları?

Qaraçılar. Onlar 12-ci əsrdən başlayaraq, bütün dünyaya yayılan hind-aropa mənşəli xalqlardır. Qaraçı deyəndə ilk olaraq ağla dilənçilik, falçılıq edən insanlar gəlir. Hətta bəzən onların falları düzgün də çıxır. Onların dilənçiliklə məşqul olması adətlərindən irəli gəlir. Deyilənlərə görə, hətta onlar özləri də söyləyirlər ki, bizim milyonlarımız olsa da belə, biz yenə də dilənəcəyik. Bu bizə babalarımızdan adət kimi qalıb.

Deyilənlərə görə, qaraçı ailəsində qadın və uşaq işləməli, kişiləri saxlamalıdır. Kişilər isə evdə oturmalıdılar. Onlar haqda bir maraqlı fakt da odur ki, qaraçılar yalnız öz tayfalarından olan insanla ailə həyatı qurmalıdılar. Qaraçı qızı yalnız öz tayfasından olan oğlana ərə getməlidir, qaraçı oğlanı isə yalnız istisna hallarında başqa millətə məxsus qızla evlənə bilər. Onlar ailə məsələlərində qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturlar. Qaraçı ailələri adətən çoxuşaqlı olur, bu da onların adətlərinə uyğundur. Qaraçı qızları uzun don, qolu uzun kofta geyinməlidir. Onların ayaqlarının ağsaqqallarının yanında açıq qalması ədəbsizlik sayılır.

Qaraçıların öz mədəniyyətləri də mövcuddur. Onların musiqiləri, rəqsləri dünyada tanınır. Məşhur “Filaminqo” rəqsinin müəllifləri də qaraçılardır. Qaraçı rəqslərinin 3 növü var: taborlu, səhnəvi və küçə qaraçı rəqsləri. Tabor rəqsi ailədaxili, müxtəlif bayramlarda, öz yaxınları arasında oynanılan rəqsdir. Səhnə qaraçı rəqsi müxtəlif tamaşalarda, teatr səhnələrində oynanılan rəqsdir. Və bu üç rəqs arasında ən profesionalı hesab olunur. Küçə qaraçı rəqsi qeyri-profesional rəqsdi. Buna hətta həvəskar rəqs də deyilir, bunu adətən küçədə oynayırlar, məqsəd isə insanları bu rəqsin ətrafına cəlb etmək və onlardan pul toplamaqdı . həmçinin onlar  haqqında çəkilmiş ekran əsərləri də tamaşaçılar tərəfindən sevilir. Məsələn; Azərbaycan yazıçısı  Süleyman Sani Axundovun əsəri əsasında çəkilmiş “Qaraca qız” filmi də bu gün sevilə-sevilə izlənilir. Yeri gəlmişkən, səssiz filmin qəhrəmanı olan Çarli Çapli də qaraçı olub. Sən demə, Çarli İngiltərədə parkların birində dünyaya gəlib. Tükiyənin bir çox nazir müavinləri, o cümlədən də Ruminiyanın keçmiş baş naziri Emil Bok da qaraçı nəslindəndi. O, hətta Fransnın keçmiş prezidenti Nikola Sarkazinin qaraçəları ölkısindən qovmaq qərarına qəti etirazını bildirib və bunu ədalətsiz qərar adlandıraraq həmin qaraçılara ölkəsində sığınacaq da verib.

Mənşəyi qədim Hindistan sayılan qaraçıların digər ölkələrə yayılması haqqqında müxtəlif fərziyyələr irəli sürülür. Onlarin ilk dəstələrinə XV əsrdə Avropanın şərqində rast gəlinib. Bu haqda məlumat  fransalı yazıçı Prosper Merime, şotlandiya yazıçısı Volter Skot və başqalarının əsərlərində yazılıb. Onların fikrincə, qaraçılar Avropaya məhz İstanbulun fəthi zamanı gəliblər. Azərbaycanda isə qaraçılar I Şah Abbasın köçürmə siyasəti dövründə Balakən ərazisinə yerləşiblər. Şah Abbasın bunu etməkdə məqsədi yerli tayfaların qiyamlarını yatırmaq olub. Azərbaycanda onların ümumi sayı təxminən 10 mindir. Qaraçılar daha çox Yexlax və  Ağdaş rayonunda yaşayırlar. Ən çox qaraçı yaşayan ərazi isə ABŞ-ın Texas ştatıdır. Orada 1 milyona yaxın qaraçı yaşayır. Həmçinin Ruminiya, Rusiya, Braziliya kimi ölkələrdə də onların sayı artmaqdadır.

Qaraçılar haqqında tarixdə çox maraqlı məqamlar var. Onlar Avropada məskunlaşandan sonra zaman-zaman təqiblərə məruz qalıblar. Bu onların pul qazanmaq üçün ən asan yolları, yəni, oğurluğu, qarəti, fala baxmağı seçmələri ilə əlaqəli olub. 16-cı əsrdə İngiltərədə qaraçılara bu ölkədə yaşamağa o halda izin verilirdi ki, onlar öz  milli həyat tərzlərindən əl çəksinlər. 1710-cu ildə Paraqada  İosif əmr verir ki, bütün qaraçı kişiləri asılsın. Bohemiyada onların sol qulaqları kəsilirdi. Ən böyük antiqaraçı siyasəti isə 1941-44-cü illərdə Adolf Hitler tərəfindən yeridilib. Hitler 2-ci dünya müharibəsi illərində yəhudilərlə yanaşı qaraçıların da kütləvi şəkildə güllələnməsi, edamını elan edib.  Həmin soyqırım nəticəsində 1 milyon yarım yəhudi və qaraçı öldürülüb. Fransa prezidenti Nikola Sarkozinin verdiyi 2010-cu il 27 iyun qərarına əsasən isə 7 minə yaxın qaraçı başqa ölkələrə deportasiya olunub. O,  bunu qaraçıların kütləvi qarətçiliklə məşğul olması ilə əlaqələndirib. Həmçinin dünyada yeganə “Qaraçışünaslıq” inistitutu da Fransada yerləşir. Qaraçılar haqda ilk məlumat 1501-ci ildə qeydə alınlb. 1971-ci ildə isə bu xalqın mədəniyyətini qorumaq üçün Londonda Qaraçıların Beynəlxalq İttifaqı yaradılır. Bununla da hər il 8 aprel günü Beynəlxalq Qaraçılar Günü kimi qeyd olunur.

Mənşəyi qədim Hindistan sayılan qaraçıların digər ölkələrə yayılması haqqqında müxtəlif fərziyyələr irəli sürülür. Onlarin ilk dəstələrinə XV əsrdə Avropanın şərqində rast gəlinib. Bu haqda məlumat  fransalı yazıçı Prosper Merime, şotlandiya yazıçısı Volter Skot və başqalarının əsərlərində yazılıb. Onların fikrincə, qaraçılar Avropaya məhz İstanbulun fəthi zamanı gəliblər. Azərbaycanda isə qaraçılar I Şah Abbasın köçürmə siyasəti dövründə Balakən ərazisinə yerləşiblər. Şah Abbasın bunu etməkdə məqsədi yerli tayfaların qiyamlarını yatırmaq olub. Azərbaycanda onların ümumi sayı təxminən 10 mindir. Qaraçılar daha çox Yexlax və  Ağdaş rayonunda yaşayırlar. Ən çox qaraçı yaşayan ərazi isə ABŞ-ın Texas ştatıdır. Orada 1 milyona yaxın qaraçı yaşayır. Həmçinin Ruminiya, Rusiya, Braziliya kimi ölkələrdə də onların sayı artmaqdadır.

 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: viagra pill for sale
  2. Geri izləmə: cialis generic tadalafil
  3. Geri izləmə: viagra side effects

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.