İzlənmə rekordları qıran “Diriliş Ertuğrul”un üçüncü mövsümünü gözləyən izləyicilərə daha pis xəbər var.
GSR.fm Axsam.az-a istinadən xəbər verir ki, serialın oktyabrın ilk həftəsində başlayacağı deyilsə də, rejissor Mehmet Bozdağın yeni açıqlaması hər kəsi kədərləndirib.
O, serialın deyilən vaxtdan daha gec ekrana gələcəyini bildirib:
“Bizdən asılı olmayan səbəblərə görə, işimizi dəqiqliklə etdiyimiz üçün bu mövsüm bir-iki həftə gecikəcəyik. Buna görə izləyicilərimizin bizi başa düşəcəklərinə ümid edirik. Oktyabrda görüşəcəyik”.
1 şərh