Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 8 nəfər ölüb.
GSR.fm APA-ya istinadən xəbər verir ki, bu barədə baş nazir Binəli Yıldırım bildirib. Baş nazir ölənlərdən 2 nəfərin polis, 6 nəfərin mülki şəxs olduğunu deyib. Onun sözlərinə görə, 100-dən çox insan yaralanıb.
Qeyd edək ki, törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb. İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.