Maraqlı, Xəbəriniz olsun, ZZ-Manşet

Dizaynerlərin sürücülərlə iş birliyinin nəticəsi - Xəbəriniz Olsun

taxsi-1Hindistanın ən böyük şəhəri olan Mumbayda bir qrup gənc dizayner dizayn etdikləri işləri fərqli məkanda sərgiləməyə qərar veriblər. Məkan kimi də taksi tavanlarını və oturacaqlarını seçiblər. “Taxi Fabric” adlanan bu komanda üzvləri indiyə qədər öz büdcələri ilə beş taksini dizayn ediblər və minlərlə insan onların əl işini seyr edib. Dizaynerlərin işləri  şəhər yaşayışından qaynaqlanıb və  taksi ilə yola çıxanların maraqlarını cəlb edən detallarla əhatə olunub.

taxsi-2

Taksi sürücüləri bu vəziyyətdən razıdırlar. Onlar qeyd ediblər ki, indiyə qədər taksiyə minən sərnişinlərin demək olar ki, hamısı dizayn və dizaynerlər haqqında suallar veriblər və 3 dizaynerə onlarla işləmək istəyən sərnişinlərdən zəng vuranlar olub. Nəticədə həm bu xüsusi dizaynlarla maşını rənglənən sürücü, həm sərnişinlər, həm də dizaynları gün ərzində onlarla insan tərəfindən izlənilən dizaynerlər xoşbəxtdirlər.

taxsi-3

“Taxi Fabric” komandasının irəli sürdüyü bu kompaniya Mumbayda 120 mindən çox insanın rəngarəng taksilərə minməsini və xüsusi dizaynlarla tanış olmasını təmin edəcək.

taxsi-4

[maxgallery id=”113113″]

Mənbə:nolm.us

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.