Müsahibə, ZZ-Manşet

Doktor Ziya: “Afrika komandasından sürpriz gözləmirəm”

world-cup-2014Braziliyada keçiriləcək Dünya çempionatının başlamasıyla əlaqədar fikirlərini Doktor Ziya GSR.fm-lə bölüşüb.

Çempionatın təşkilatçılığından danışan Doktor Ziya bildirib ki, bu dəfə hərc-mərcli dünya çempionatı olacaq: “Dünya çempionatının təşkilatı baxımından iki tərəfi görürük. Həm problemli tərəfi, etirazlar, bir tərəfində də bayram, fan zonaların təşkili, müxtəlif məşhurların cəlbi, bu baxımdan səviyyə var. Həm bahalı çempionatdır. 14 milyard avrodan artıq pul xərclənib. Gərək bu çempionat ona sərf olunan pulu doğrultsun. Məncə Braziliya rəhbərliyi hər şeyi son anda çatdıracaq. Dəfələrlə şahidi oluruq ki, müəyyan işlər son gündə bitir. Ümidvaram ki çatdırarlar. Texniki problemlər var, onlar bizi narahat edir. Wi-Fi olmayan şəraitdə necə işləyəcəklər o sual yaradır. Struktur olaraq bütün stadionlar hazır vəziyyətdədir, kosmetik işləri qalıb. Ot örtüyü, bir də  Wi-Fi  probemi qalıb. Məğlub olan komandalar güman ki, gileylənəcək ki, ot örtüyü pis idi, qalib gələn komandalar bu barədə heç nə deməyəcək”.

“Hər turnirdə “ölüm qrupu” olur, bu turnirdə isə İngiltərə, İtaliya, Uruqvay, Kosta-rika olduğu qrupu  qeyd etmək olar. “Ölüm qrupu” budur. Digər tərəfdən bərabər səviyyədə olan komandaların bir qrupa düşməsini sadalasaq, Kolumbiya, Yaponiyanın, Fildişi və Yunanıstanın bir yerə düşməsini qeyd etmək lazımdır” -deyə futbol şərhçisi əlavə edib.

Bəzi futbolçuların zədələnməsinə və dünya çempionatına aparılmamasına münasibət bildirən Doktor Ziya deyib ki, burda belə bir məsələ vardır, istənilən halda dünya çempionatı mövsüm bitəndən sonra keçirilir: “4 ildən bir bu proses təkrarlanır. İstər istəməz bir mövsüm ərzində bir qrup futbolçu o qədər yorulur ki, adi məşq, yoldaşlıq oyunu zamanı zədələnirlər və kənar qalırlar. Sadəcə bu il bu qabardılıb kimi görünür. Bəlkə yeni ulduzların yaranmasına gətirib çıxarır”.

Favoritlərinin Amerikadan olduğunu deyən şərhçi Afrika komandasından sürpriz gözləmədiyini bildirib: “Sürprizi istənilən komandadan gözləyirəm. Bu il sürpriz komanda Belçika ola bilər,  sadəcə onların məşqçisi mənim üçün kifayət qədər zəif göründüyünə görə şübhəli yanaşıram. Lakin məşqçi bir tərəfə, futbolçular özünü kökləyə bilsə, niyə də bu Belçika sürprizliyi olmasın?! Braziliya və Argentina”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.