Cəmiyyət

Dolanışığından şikayətlənən Təyyarə xala

Təyyarə Tağıyeva:

30 manat qaz pulu, 26 manat işıq pulu ödəyirəm. 100 manat bir verirəm dərmana yoldaşım üçün.  I qrup əlildir. Yataq xəstəsidir. Sonra da yenə arada 40 manat 30 manat. Bir də qalanı pradukta (ərzaqlara- red.).

Bu sözlər Xəzər rayon sakini 59 yaşlı Təyyarə Tağıyevaya aiddir. O deyir ki,  ailədə 10 nəfərdən ibarət olsalar da, heç biri iş tapa bilməyib. Ailənin üç üzvünün əlliliyə görə aldıqları pensiya ilə dolanmağa çalışırlar. Həmçinin, əlavə edir ki, bu pul  dolanışıqlarına kifayət etmədiyi üçün evlərdə təmizlik işinə də getməyə məcbur olur.

Təyyarə Tağıyeva:

Görürsənki, özüm beləcə gedirəm onun bunun qapısına, iş görürəm, xəstəyə baxıram. Onunla evi dolandırıram. Babat dolanırdıq. Mal- qaram vardı. İndi heçnəyim yoxdur. Beləcə pensiya ilə, hamballıqla dolanıram. 

Əlilliyə görə özü 108, qızı üçün isə 44 manat alan Təyyarə xala vaxtikən qəhrəman ana adını alsa da,  belə bir çətinliklə üzləşəcəyini ağlına da gətirməyib. Deyir ki, əlil olan övladını da xəstəxanada müalicə etdirmək üçün qeydiyyata aldıra bilmir.

Təyyarə Tağıyeva:

Özüm II qrup əliləm, yoldaşım Iqrup əlildir,  qızım IIqrup əlildir. II qrup əlil olduğuma görə  əkiz uşaqla. Uşağım da əlildir bolniçada (xəstəxana – m.) qalır, evə də gəlir. Uçota da götürmürlər onu ki, vaxt yoxdur qoymağa, ildə bir dəfəni ancaq gətirin. Şağanda sanatoriyaya. İndi yazdırmaq istəyirəm onu. Yazmırlar ki, ildə bir dəfədir. İldə bir dəfə gedirdik may ayında. Detskiy paralicdir ( uşaq iflici -m.) anadəlmə.

Təyyarə xanım əlavə edir ki,  kənd təsərüffatı işlərini yaxşı bildiyi üçün aidiyyatı orqanlarına torpaq sahəsi üçün müraciət edib. Düşünüb ki, əkin-biçin işləri görərsə yaşayış şəraitini yaxşılaşdıra bilər. Lakin həmin qurumlar onu hələ ki, get-gələ salırlar. Təyyarə xalanın məsələsinə münasibət bildirən iqtisadi ekspert Natiq Cəfərli düşünür ki, belə insanlara mütləq dövlət sosial yardımı ayrılmalıdır.

Natiq Cəfərli:

 Əgər əlillik varsa, heç yerdə işləmirlərsə, çoxuşaqlı ailədirsə, mütləq Sosial Müdafiə Komitəsinə müraciət etməlidirlər. Onlara sosial yardımlar da düşür. Yəni pensiyadan (təqaüddən) əlavə olaraq sosial müavinətlər düşür. Mütləq o ailəyə yardım göstərilməlidir. Qanun bunu tələb edir.

Təqaüdlərə qoyulan yaş məhdudiyyətinin  heç də düzgün addım olmadığını deyən ekspert onu da əlavə edib ki, yaşın 60 -63 yaş olması qonşudan qalma dala prinsipi ilə hərəkət etməkdir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.