Siyasət, ZZ-Manşet

Donbasın xüsusi statusu haqqında qanun imzalanıb

porosenko2Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın bəzi rayonlarına xüsusi statusun verilməsi haqqında qanunu imzalayıb.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının saytında bildirilir.

“Prezident Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında yerli özünüidarənin xüsusi qaydaları haqqında” qanunun 10-cu maddəsinə dəyişikliklər edilməsi barədə qanunu (№256-VIII) imzalayıb”, sənəddə deyilir.

Sənəddə qeyd edilir ki, Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında yerli özünüidarə orqanlarının bu qanunda nəzərdə tutulmuş xüsusi qaydada fəaliyyəti Ukrayna Konstitusiyasına, bu qanuna və digər Ukrayna qanunlarına əsasən keçirilmiş növbədənkənar seçkilər nəticəsində seçilən yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.