İqtisadiyyat, ZZ-Manşet

Doqquz ayda regionlara yönəldilən vəsait açıqlanıb

pulAzərbaycan hökumətinin regionların inkişafı ilə bağlı həyata keçirdiyi siyasət dövlət maliyyə dəstəyi ilə yanaşı, yerli şirkətlərin, bankların və maliyyə-kredit təşkilatlarının öz imkanları hesabına vəsaitlər ayırması bölgələrə kredit qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Cari ilin 9 ayı ərzində regionlara kredit təşkilatları və banklar tərəfindən yönəldilmiş kredit portfelinin ümumi həcmi 2 milyard 900 milyon manata yaxın olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6 faiz çoxdur.

GSR.fm AzərTAc-da istinadən xəbər verir ki, bu barədə YAP Siyasi Şurasının üzvü, YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov regionların inkişafına maliyyə dəstəyindəki əhəmiyyətli artımı şərh edərkən məlumat verib. İqtisadçı qeyd edib ki, cari ilin dövlət büdcəsindən regionların inkişafına 1 milyard 292 milyon manat vəsait yönəldilib. Bunun böyük hissəsi, yəni 1 milyard 700 milyon manata yaxın hissəsi isə yerli investorların və xarici sərmayəçilərin vəsaitlərindən ibarət olub.
Aydın Hüseynov deyib ki, dövlətin həyata keçirdiyi səmərəli investisiya siyasəti və əlverişli əlverişli biznes işgüzar mühiti yerli və xarici investorların regionlarına marağının ilbəil artması ilə nəticələnir. Məsələn, regionların inkişafı ilə bağlı iki dövlət proqramının uğurlu icrası nəticəsində 10 ildə regionlara 50,7 milyard manat vəsait yönəldilib. Buna müvafiq olaraq, büdcə daxilolmaları həmin müddətdə 1 milyard 220,9 milyon manatdan 17 milyard 281,6 milyon manatadək artıb.
Bu ilin ötən dövründə regionlara iqtisadi rayonlar üzrə kreditləşmənin və dövlətin maliyyə ayırmalarının artması bir çox yeni müəssisənin yaranmasına səbəb olub və nəticədə 110 mindən çox yeni iş yeri açılıb. Həmçinin regionlarda innovativ sahibkarlığın stimullaşdırılması, yeni sənaye layihələrinin həyata keçirilməsi, bölgələrdə sənaye məhəllələrinin, texnoparkların və biznes-inkubatorların yaradılması istiqamətində də mühüm işlər görülüb. Hazırda Sumqayıt Kimya Sənayesi, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində müvafiq iş aparılır.
A.Hüseynov qeyd edib ki, regionlarda qeyri-neft sektorunun inkişafı mühüm əhəmiyyət kəsb edir və bu sahə ölkə iqtisadiyyatında aparıcı bölməyə çevrilməkdədir. Regionlarda istifadə edilməmiş iqtisadi və təbii resursları istehsala cəlb etmək, rəqabət qabiliyyətli milli istehsalı formalaşdırmaq, elmin istehsala inteqrasiyasını daha da gücləndirmək strateji istiqamətlər hesab olunur. Yaxın gələcəkdə regionlardakı iqtisadi sərvətlərin və qeyri-neft məhsulları istehsalının və ixracının yüksəlməsi hesabına milli gəlirin iki dəfə artırılması gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.