Sosial, ZZ-Manşet

Dövlət qulluqçularının etik davranışlarına DİM nəzarət edəcək

Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri artırılıb. GSR.fm APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanununda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarət DİM-ə tapşırılıb.

Bundan sonra vətəndaşlar dövlət məmurlarının qeyri-etik davranışlarından DİM-ə şikayət edə bilərlər.

Öncəki xəbərNövbəti xəbər