İqtisadiyyat, Xəbərlər, ZZ-Manşet

Dövlət rüsumu qaydasında dəyişikliklər olub

milli-məclis2

Azərbaycanda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydası dəyişib. GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bu gün Milli Məclisin plenar iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Z. Səmədzadə bildirib ki, qanuna əlavə edilən 4.1-1 maddədə qeyd edilir ki, bu qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50%-i müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: viagra for sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.