P.S, Xəbəriniz olsun, Z-Manset

Dünyada ən bahalı şərablar - Xəbəriniz Olsun

Bu gün şərab istehsalı qlobal bir fenomendir. Təəccüblü deyil ki, elə ən çox şərab içən insanlar şərab istehsal edən ölkələrdədir. Məhz Avropa ölkələri içərisində Fransa, İtaliya və İspaniya belə ölkələrdəndir. Həmçinin, şərab bütün dünyada, xüsusən də ABŞ və Cənubi Amerikanın bir çox ölkələrində istehsal olunur. Qloballaşma şərab istehsalını beynəlxalq ticarətə çevirdi. Bütün bunlarla yanaşı ən yaxşı şərab çoxdan yığılmış üzüm məhsulundan hazırlanan şərabdır. İndi sizə bugünə qədər satılmış ən bahalı 10 şərabı təqdim edirik.

10. Royal DeMaria
10. Royal DeMaria

Kanadanın şərab zavodu “Royal DeMaria”-nın istehsal etdiyi bu şərabı digərlərindən fərqləndirən onun buzlu olmasıdır. Buzlu şərabın hazırlanma qaydası da özünəməxsusdur. Üzümü elə üzüm tənəyində dondururlar. Daha sonra ona xüsusi şirinlik verən ferenti qatırlar. Xüsusi keyfiyyətə məxsus olan şüşə qabında bu şərab 2006-cı ildə 30 000 dollara satılıb.

9. Massandra (1775-ci ilin)
9. Massandra (1775-ci ilin)

Massandra Krımın (bu yer Rusiya yaxud Ukraynanın tərkibinə daxilidir, yəni bu sizin kimdən soruşmağınızdan asılıdır) bir sahəsidir. Məhz bu sahə neçə yüzilliklər şərab istehsalı ilə məşhur idi. 2001-ci ildə Massandra regionundan olan şərab 43 500 dollara satılıb. Bəs məhz bu şərab şüşəsini belə qiymətli edən nədir? Çox güman ki, həmin şərab 1775-ci ildə yığılan üzümdən hazırlanıb. Satılana qədər həmin şüşədə şərab 226 il qalmışdı. Əgər həmin şərab qalsaydı, indi 239 yaşı var idi. Bəs şərabın dadı necə idi? Bu sualın cavabı isə sirr olaraq qalır. Yəqin ki, belə bir şərab kolleksiya yığanlar üçün predmetdir.

8. Chateau Mouton-Rothschild (1945-ci ilin)
8. Chateau Mouton-Rothschild (1945-ci ilin)

Məşhur Rothschild ailəsi dünyada ən varlı ailələrdən biri olub. Nathaniel Rothschild 1853-cü ildə Fransa yaxınlığındakı Bordoda “Şato Muton”u (Chateau Mouton) əldə etdi. O burada şərab istehsalı ilə məşğul olmağa başladı və dünyada ən məşhur şərab biznesindən biri oldu. Bu şərabın adı dəfələrlə “Ceyms Bond” filmlərində çəkilirdi. 1945-ci ilə aid olan bu şərabın bir şüşəsi 47 000 dollara satılıb.

7. Chateau d Yquem (1787-ci ilin)
7. Chateau d Yquem (1787-ci ilin)

Dünyada adətən qırmızı şərab ağdan daha yaxşı olur. Bu şərabların istehsalında fərq yalnız üzümlərin rəngindədir. Yəni qırmızı şərab qırmızı üzümdən, ağ şərab isə ağ üzümdən istehsal olunur. Ağ şərabı dəniz məhsullarından hazırlanan yeməklərin və yüngül qəlyənaltıların yanında içmək uyğundur. Ancaq demək olar ki, həmişə qırmızı şərab ağ şərabı qabaqlayır. 1787-ci ilin Şato İkemi (Chateau d Yquem) 100 000 dollara satılanda sanki “ağ komanda üçün qol vurdu” demək olar. Onu istehsalçı Şato İkem okeanı keçərək şəxsən özü alıcısına çatdırdı. Bax bu əsl xidmətdir!

6. Chateau d Yquem (1811-ci ilin)
6. Chateau d Yquem (1811-ci ilin)

Fikir verdinizsə, Şato Dikem ən yaxşı şərab istehsalı üzrə ön sıralardadır. Bu şərab 117 000 dollara satılıb. Bəs nəyə görə, 1811-ci ildə istehsal olunan şərab 24 il əvvəl yəni,1787-ci ildəki şərabdan daha baha satılıb? Çünki şərab nə qədər “köhnə” olursa, qiyməti də yüksək olur. Amma göründüyü kimi hər zaman belə olmur. Çünki 1811-ci ildə üzüm daha yaxşı bar gətirmişdi. Hətta deyilənə görə, bu Şato Dikemin ağ şərab tarixində ən yaxşı dövrü idi. Bu isə o deməkdir ki, hələ də bir neçə şüşə bu şərabdan qalıb. Bir şüşəsini isə şərab üzrə dequstator Kristian Vannek (Christian Vanneque) 2017-ci ildə öz karyerasının 50 illiyində açmağı planlaşdırır.

5. Romanee Conti (1945-ci ilin)
5. Romanee Conti (1945-ci ilin)

Siyahıya diqqət yetirsək, görərik ki, ən bahalı şərablar 1945-ci ilə aiddir. Üstəlik, müharibənin sonu və hökm sürən qarışıqlıq da ola bilər ki, onların məşhurluğuna şərait yaratdı. Romanee Conti 1945-ci ilin üzüm məhsulundan hazırlanıb və bir şüşəsi amerikalı kolleksioner Kristiyə (Christie) şərab hərracında 123 900 dollara satılıb. Bu adda cəmi 600 şüşə şərab istehsal olunub.

4. Chateau Lafite (1787-ci ilin)
4. Chateau Lafite (1787-ci ilin)

1787-ci ildə istehsal olunan Şato Lafit Tomas Ceffersonun kolleksiyasından idi. Onu Malkom Forbes 1985-ci ildə əldə etdi. İndi şərab içməli vəziyyətdə deyil. Buna baxmayaraq cənab Forbesin puluna heyfi gəlmədi. 1985-ci ildə 160 000 dollara aldığı şərab indi 315 000 dollara bərabərdir.

3. Chateau Lafite (1869-cı ilin)
3. Chateau Lafite (1869-cı ilin)

Baxmayaraq ki, bu şərab 1787-ci ildəki şərabdan 80 il cavandır, ancaq Asiyadan olan gizli alıcı hərracda 233 972 dollara həmin şərabı alıb. Bu şərabın 8000 dollara satılacağı gözlənildiyi halda o qiymətə çatdığını görəndə heyrətə gəldilər.

2. Heidsieck (1907-ci ilin)
2. Heidsieck (1907-ci ilin)

Bu şərab XX əsrin əvvəllərində Rusiyanın sonuncu imperatoru olan II Nikolayın ailəsini üçün xüsusi olaraq hazırlanmışdı. 1916-cı ildə şərab olan gəmi batdı və o 1997-ci ildə gəminin qırıntıları tapılana qədər itirilmiş hesab olunurdu. Hər bir şərab şüşəsi 275 000 dollara satıldı. Şəraba verilən bu qiymət inanılmaz idi. Həmçinin kimsə inanmırdı ki, şərab içmək üçün yararlı olar. Yalnız çox az adam bilir ki, şərab okeanın dibində yüz illərlə qalsa da, dadı dəyişilmir.

1.Chateau Cheval Blanc (1947-ci ilin)
1.Chateau Cheval Blanc (1947-ci ilin)

Şərabın yaşı onun keyfiyyəti qədər önəmlidir. Həm Şato Dikem 1811 və Şatı Şeval Blank 1947 belə şərablardandır. Çoxlarının fikrincə, Bordo tarixində ən yaxşısıdır. Şərab hərracda 304 375 dollara satılıb. Hələ 50 il ərzində də yaxşı qorunsa, şərab qala bilər və dadını itirməz.

Hazırladı: Rəna Hüseynova
Mənbə: bugaga.ru

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.