Maraqlı, ZZ-Manşet

Dünyada nə qədər insanın yaşadığı araşdırılıb

qebirAmerikalı demoqraflar bəşəriyyətdə məskunlaşanların inkişaf tempini hesablayıb. Bu Homo Sapiens növündən başlayaraq edilib. Alınan nəticə olduqca maraqlıdır.

GSR.fm Pahoo-ya istinadən xəbər verir ki, bir çoxu indiki dövrümüzdə yaşayan insanları xüsusi hesab edir, tarixi hadisələrin astanasında, dönüş nöqtəsində həyat sürdüyümüzü iddia edir. Lakin bu günə qədər Yer üzərində yaşamış insanların sayını eşitdikdən sonra, eyni düşüncədə qalmaq bir az çətinləşir. Əsas sual isə bu günə qədər nə qədər insanın yaşaması deyil, nə qədər insanın ölməsidir. 2015-ci ildə Nyu York Demoqrafiya Bürosunun apardığı hesablamalara əsasən, həmin ilə qədər Yer üzərində yaşayan insanların sayı 108,2 milyarddır. Hal-hazırda yaşayan 7.4 milyard insanı bu rəqəmdən çıxsaq 100, 8 milyard qalır. Deməli bizə qədər yaşayan və ölən 100,8 milyard insan olub. Həm təəccüblü, həm də vahiməli faktdır, deyilmi? Ölənlərin sayı yaşayanların sayından 14 dəfə daha çoxdur. Həqiqətən də böyük bir zombi ordusu yaradacaq dərəcədə nəhəng saydır. Əgər daha nikbin düşünmək istəyirsinizsə, qeyd etməyə dəyər ki, bizim çağdaşlarımız bu günə qədər yaşayan insanların 6,8%-ni təşkil edir. Daha sadə səslənməsi üçün bu rəqəmi 7% olaraq yuvarlaşdıra bilərik. Biz Yer üzərində yaşayan insanların 7%-yik. Odur ki, gəlin dünyanı daha çox korlamayaq və yaxşı iz qoymağa çalışaq. Alimlər bu nəticəni necə əldə ediblər? Vaşinqton Bürosunun saytında demoqrafların hesabatları var. Həmin hesabatda deyilir ki, ilk insanın (Homo Sapiens) yaranmasını başlanğıc nöqtəsi olaraq götürülüb. Bu tarixin başlanğıc olaraq götürülməsi mübahisəli ola bilər – lakin 50 min əvvəl bu hesabatlarda ilk insanın yaşadığı dövr olaraq istifadə edilir. Əlbəttə, həmin dövrə qədər yaşamış dəqiq insan sayını heç kəs deyə bilməz. Təkamülün ilk çağlarında ölüm sayının da olduqca böyük olması, insanların sağ qalması və çoxalması faktlarına təsir göstərirdi. Məsələn, bizim əcdadlarımızda uşaq ölümlərinin sayı hər 1000 uşaqda 500-ə qədər yüksək ola bilirdi. Bəzi tarixi dövrlərdə isə orta həyat yaşı 10 yaşa qədər davam edirdi.

Öncəki xəbərNövbəti xəbər