Xəbəriniz olsun, ZZ-Manşet

Dünyanın ən bahalı metro stansiyası

Avstriyalı Hufton + Crow fotodueti bu günlərdə 11 sentyabr 2001-ci il terror aktları zamanı dağılan binaların yerində tikilən Ümumdünya Ticarət Mərkəzi qüllələrinin yanında yerləşən Oculus nəqliyyat qovşağını çəkmək üçün Nyu-Yorka yola düşüblər. GSR.fm-in Avtosfer.az-a istinadən verdiyi məlumata görə, Oculus stansiyasının tikintisi 12 il çəkib. O, 11 metropoliten xəttini, şəhərkənarı dəmiryol stansiyasını və bərə keçidini birləşdirir. Buradan sutkada 250 minə yaxın sərnişinin keçəcəyi gözlənilir. Stansiya həm də Nyu-Cersiyə şəhərkənarı elektrik dəmiryolu xəttinə də xidmət göstərir və Ümumdünya Ticarət mərkəzi qüllələrinə piyada keçidini təmin edir.

Yeni fotolar binanın ifadəliliyini və layihənin konsepsiyasını ideal vurğulayır.

 

601061227ce2

906ac7146e88

0903e58b9280

96aa9bf33074

5b1a109f5b3a

2de5cff8a9f7

Öncəki xəbərNövbəti xəbər