Bəzi məhsullar var ki, varlılar belə yemirlər. Bu məqalədə varlıların belə pul kisəsinə görə olmayan yeməklərlə tanış olacaqsınız.
Zəfəran
Zəfəran dünyada ən bahalı ədviyyat növüdür. Bu ədviyyatın bahalığının sirri, onun heç bir avadanlıq olmadan, əl ilə yığılmasıdır. Bitkinin çiçəklərini üç gün ərzində yığmaq lazımdır. Çünki, zəfəran elə bir bitkidir ki, onun çiçəyi yalnız şəfəq saçanda açılır. Bu çiçəklər isə yalnız üç gün müddətində qalır, növbəti günlərdə həmin çiçəklərdən zəfəran hazırlamaq mümkün olmur. Bir kiloqram zəfəran yığmaq üçün, yarım milyon çiçək toplamaq lazımdır. Ona görə də, zəfəranın bir kiloqramı altı min dollara satılır.
Kartof
Kartofu ən bahalı yeməklərin sırasında görmək təəccüblüdür. Lakin “La Bonnotte” kartof növü çox bahalıdır. “La Bonnotte”in bir kiloqramı üçün 500 avrodur. Kartofun bu növü Nurmuatye adasında bitir və onu əllə yığırlar. “La Bonnotte” kartof növü qeyri-adi dada malikdir.
Pizza
Ən bahalı pizzanın dadına İtaliayada baxa bilərsiz. Onun qiyməti 8300 avrodur, adı isə “Luis XXI”dir. Pizzanı sifarişçinin gözləri önündə hazırlayırlar. Tərkibi qırmızı lanqust, omar, üç növ kürü, mosarello bufalo pediri və krivetkadan ibarətdir. “Luis XXI” pizzasına bahalı olan cəhrayı “Murray River” duzunu da əlavə edirlər.
Kürü
Ən bahalı kürü qara və ya boz kürü hesab olunur. Lakin, elə deyil. Ən bahalı kürü, beluqa-albinosun “Almas” adlı kürüsüdür. Bu kürünü İranda satırlar. Lakin onun xaricə eksportu çox çətindir. “Almas” kürüsünü qızıl bankada, 2000 dollara satırlar.
Çay
Daxunpao – ən bahalı çay. Tərcümədə “böyük qırmızı xalat” deməkdir. “Daxunpao” çayını Tyansin monastırının yaxınlığında, cəmi altı koldan yığırlar. Bu kolların 350 yaşı var. Hər il kollardan 500 qramdan artıq çay yığmaq olmaz. Çayın bir kiloqramının qiyməti isə 686 000 dollar təşkil edir.
Mal əti
Yapon Vaqio inəklərinin “mərmər” əti ən bahalı ət sayılır. İnəklərə xüsusi qayğı göstərilir. Onlara ən yaxşı ot vərilməyi ilə yanaşı, həm də pivə və yapon içkisi olan sakedə verilir. Avropada Vaqio inəklərin filesinin 200 qramı 100 dollara satılır.
Fındıq
Xeyirli maddələrin tərkibinə görə, bu məhsulu çoxları tanıyır. Makadaniya – ən bahalı findıq növü. Bu fındığın iki növü yetişdirilir. Makadaniya Ağacın 100 illərlə bar gətirməsinə baxmayaraq, onun meyvələri nadir tapılır. Çünki, ona xüsusi qayğı lazımdır. İl ərzində 40 ton məhsul götürmək olar. Bir kiloqramın ən ucuz qiyməti 30 dollardır.
Salat
Bu yeməyin adı “Florette Sea&Earth”dır. Salatın dadına baxmaq yalnız oksford “Le Manoiraux Quat Saisons” mehmanxanasında mümkündür. Tərcümədə salatın adı “Florett dənizi və torpağı” kimi səslənir. Salatın tərkibi kornoul xərçəngi, florett kahısı, 50 qram ağ beluqa kürəsi, lanqust, trufel, sparja, lobster, zeytun yağı, qirmızı istiot və kartofdan ibarətdir. Yeməyi qızılı falqayla bəzəyirlər. Salatın qiyməti isə 800 avro təşkil edir.
Tərcümə etdi və hazırladı: Pərvanə Sadıqova
H Pylori And Keflex Achat Kamagra Au Canada Cialis Danger levitra canada Antibiotics From Mexico