P.S, Xəbəriniz olsun, Z-Manset

Dünyanın ən böyük saatı Məkkədədir - Xəbəriniz Olsun

Psixoloqlar hesab edirlər ki, zamanı hər kəs eyni cür hiss eləmir. Yəqin ki, onlar haqlıdırlar. Çünki qol və mobil telefon saatlarında vaxt sanki uçur, ancaq şəhər binalarındakı saatlarda isə tam əksinədir.

Metropolitan Life İnsurance Company Tower Nyu York, ABŞ, 1909
Metropolitan Life İnsurance Company Tower
Nyu York, ABŞ, 1909

Bina Venesiyadakı San-Marko kilsəsi kimi tikilib. Ancaq bir fərqi saatın olmasıdır. 8 metrlik tsiferbla 25-27-ci mərtəbə səviyyəsində 4 tərəfdən yerləşdirilib. Rəqəmlərin hündürlüyü 1,2 metrdir.  Saatın oxları yarım tondur. Bu saat Murray Leinsterin “Qaçan göydələn” nağılında xatırlanıb.

Abraj Al-Bait Towers Məkkə, Səudiyyə Ərəbistan, 2012
Abraj Al-Bait Towers
Məkkə, Səudiyyə Ərəbistan, 2012

Dünyanın ən böyük (diametri 43 metr) və ən hündürdə (400 metr) yerləşən saatı “Kral” göydələnində asılıb. 4 tərəfdə yerləşən hər tsiferblanın üzərində ölkənin bayrağını əks etdirən 21000 ağ və yaşıl fonar quraşdırılıb. Fonarların yanıb-sönməyi “müsəlmanları dua etməyə çağırış” mənasını daşıyır. Saatda əks olunan bayraq 30 kilometr məsafədən görsənir.

Kostel Nejsvětějšího srdce Páně  Praqa, Çexiya, 1932
Kostel Nejsvětějšího srdce Páně 
Praqa, Çexiya, 1932

2 nəhəng şəffaf saat  “Allahın Müqəddəs ürəyi” kilsəsində yerləşir.Eyni zamanda bu saatlar pəncərə rolunu da oynayır. Çünki onlardan içəriyə işıq saçılır.

Shell Mex House London, Böyük Britaniya, 1931
Shell Mex House
London, Böyük Britaniya, 1931

Londonun ən böyük saatı (diametri 7,62 metr) uzun müddət “Biq Benzin” kimi məşhur idi. Halbuki, “Temza” çayının sahilində yerləşən bu monumental bina neft-qaz şirkəti olan “Shell”-ə məxsusdur.

Gare de Cergy-Saint-Cristophe Serji, Fransa, 1985
Gare de Cergy-Saint-Cristophe
Serji, Fransa, 1985

Saatlar silindr formasında şüşə və metaldan hazırlanıb, piyada keçidinin üstündə asılı vəziyyətdədir. Hər iki saatın diametri 10 metrdir və “Huchez” şirkəti tərəfindən yaradılıb. Avropanın nəhəng saatları arasında olmağa iddialıdır. Saniyə oxunun uzunluğu 6 metrdir.

Zimmer-toren Lir, Belçika, 1930
Zimmer-toren
Lir, Belçika, 1930

Orta əsrlərdə mövcud olan “Kornelius” binasını içərisində “Yubiley” saatı quraşdırmaq məqsədilə 1930-cu ildə yenidən inşa etdilər. Bu saatı Belçikanın 100 illiyi münasibətilə saatsaz Lui Zimmer şəhərə hədiyyə edib. Yenidən inşa edilən bu bina onun şərəfinə adlandırılıb. Saat 13 tsiferbladan ibarətdir. Mərkəzdəki vaxtı göstərir,  digərlərinin isə 12 xüsusi funksiyası var: həftəni, bürcləri, ayın fazasını, günləri və başqa periodik hadisələri göstərir.

Urania-Weltzeituhr Berlin, Almaniya, 1969
Urania-Weltzeituhr
Berlin, Almaniya, 1969

Berlin saatları “Aleksandrplats”da quraşdırılıb və Almaniya Demokratik Respublikasının təhsilinin 20 illiyinə həsr olunub. Saat dünyanın 148 şəhərinin vaxtını göstərir. Şəhərlərin adı silindr formalı tsiferblada göstərilib. Hazırda bu məkan sevimli görüş yerlərindən biridir. Berlinlilər deyir ki, sevən cütlük bu yerdə 24 saat bir-birinin əlindən tutaraq dayansa, heç vaxt ayrılmaz.

Obraztsova adına Kukla teatrı Moskva, Rusiya, 1970
Obraztsova adına Kukla teatrı
Moskva, Rusiya, 1970

Tsiferblanın ətrafında içərisində oyuncaq heyvanlar “yaşayan” evciklər var. Hər saatın tamamında evciyin qapısı açılır və onun sahibi xoruz çıxaraq banlamağa başlayır.

Kulla e Sahatit Tirana, Albaniya, 1822-1970
Kulla e Sahatit
Tirana, Albaniya, 1822-1970

İlk saat Venesiyadan gəlmişdi. 1928-ci ildə onu alman saatı ilə əvəzlədilər. Ancaq bu saat İkinci Dünya Müharibəsi zamanı atılan bombadan xarab oldu. Yenidən 1946-cı ildə alban şəhəri Şkoderadakı kilsədən gələn saatla əvəzləndi. Və son olaraq 1970-ci ildən binada Çin istehsalı olan saat görünməyə başladı. İndiyə qədər işləyir.

Hazırladı: Rəna Hüseynova

Mənbə: vokrugsveta.ru

Öncəki xəbərNövbəti xəbər