P.S, Xəbəriniz olsun, Z-Manset

Dünyanın ən cəlbedici binaları - Xəbəriniz Olsun

Dünyanın ən cəlbedici binalarından bəziləri neçə əsrlər əvvəl, bəziləri isə müasir dövrdə inşa edilib. Binanın ideyasının formalaşması üçün illər, hətta əsrlər belə lazım olur. Bütün bu binaları yalnız bir şey birləşdirir: onların hər birinin arxitekturası mükəmməl qurulub və heç biri digərinə bənzəmirlər.

Dubayda Bürc-Xəlifə
Dubayda Bürc-Xəlifə

Bürc-Xəlifənin inşasına başlanılan vaxt onu dünyanın ən hündür binası kimi nəzərdə tuturdular. İnşa müddətində dəqiq hündürlüyü məxfi saxlanılırdı ki, haradasa daha hündür göydələn tikilərsə, bu layihəyə düzəlişlər edilə bilsin. Bürc-Xəlifədə otellər, mənzillər, şirkətlər və alış-veriş mərkəzləri yerləşir. Binanın içərisindəki hava nəinki soyudulur, eyni zamanda xüsusi membran ətri ilə təravətləndirilir. Bu ətir xüsusi olaraq Bürc-Xəlifə üçün yaradılıb.

Pekində milli incəsənət nümayiş mərkəzi
Pekində milli incəsənət nümayiş mərkəzi

Aydın məsələdir ki, niyə bu futuristik binaya “Yumurta” deyirlər. Bu Pekinin milli incəsənət nümayiş mərkəzi – opera teatrıdır. Bina sayılmayan bu tikilinin şəhər arxitekturasına uyğunsuz olması ilə bağlı çoxlu mübahisələr yaranıb. Həm də tikinti vaxtı həddindən çox xərc tələb olunub. Ancaq indi ən görkəmli tikililərdən sayılır.

Milan qəsri
Milan qəsri

Avropada yeganə qot üslublu ağ mərmərdən olan bu qəsrin inşası bir neçə əsr davam edib. İlk dəfə fundamenti 1386-ci ildə qoyulub, 1965-ci ildə isə tikintisi tamamlanıb.

 

Vasili Blajennı məbədi
Vasili Blajennı məbədi

artıq çoxdan Moskvanın simvolu hesab olunur. Tikili 8 məbəddən ibarətdir. Kazan uğrunda gedən həlledici döyüşlərə gələnlərin şərəfinə məbəd işıqlandırılır. Üzərində kiçik günbəz ilə başa çatan 9 kilsə yerləşir. Bu doqquz kilsə daxili keçidlərlə birləşir.

Milli Stadion, Pekin
Milli Stadion, Pekin

“Quş yuvası” ləqəbini almış nəhəng stadion 2008-ci il yay Olimpiya oyunlarının keçirilməsi üçün inşa edilib. Stadion 90 min adam tutur. Stadionun tribunası beton “fincan” da yerləşir. Onun ətrafında isə üzərində əyri metal işləmələr olan sütunlar var.

Anqkor Vat, Kamboca
Anqkor Vat, Kamboca

Nəhəng hind məbədi XII əsrdə inşa edilib. XV əsrdən sonra tikilən memarlıq abidələrinin demək olar ki, ən böyüyüdür. Cəngəllikdən gələn vəhşi heyvanların təcavüzündən onu böyük xəndək qoruyurdu.

Sidney opera teatrı
Sidney opera teatrı

Burada bütün ölkələrin mədəniyyət mərkəzi yerləşir: teatr, opera, simfoniya orkestrası, balet. Həmçinin, Sidney operasında dünyanın ən böyük – 10 min borudan ibarət mexaniki orqanı yerləşir.

Kinkaku-ci, Yaponiya
Kinkaku-ci, Yaponiya

Bütün pavilion (aşağı mərtəbədən başqa) təmiz qızıl təbəqə ilə örtülüdür. Ona görə onu “Qızıl məbəd” də adlandırırlar. Məbədi əhatə edən bağın xüsusi harmoniyası var. Bağ XIV əsrin sonlarında yaradılıb. Məbədin özü isə göldə əks olunur. Elə buna görə də bu göl “Güzgü gölü” adını daşıyır.

Mont Sankt-Mişel, Normandiya
Mont Sankt-Mişel, Normandiya

Bu ada qalaya çevrilib. Mont Sankt-Mişel bir çox mühasirələrdən, tənəzüllərdən xilas olub və Avropanın ən əhəmiyyətli ziyarət mərkəzlərindən birinə çevrilib. İndi burada benedikt icma əhli məskunlaşdığına görə ada yenidən mənəvi mərkəz roluna dönüb. Hazırda burada onlarla insan yaşayır.

Loyd, London
Loyd, London

Bu bina böyük sığorta şirkətinin ofisidir. Binanın özəlliyi ondadır ki, pilləkənlər, şüşə liftlər və su boruları binanın xaricində yerləşir. Buna görə də binanın içərisi çox genişdir. Bir zamanlar Pompidu Mərkəzi ilə birgə Loyd binası memarlıq sahəsində inqilab yaratdı və high-tech üslubunu məşhurlaşdırdı.

Quqqenhaym muzeyi, Bilbao
Quqqenhaym muzeyi, Bilbao

Müasir incəsənət muzeyi dəniz sahilində yerləşir və futurustik gəmi ideyasını təcəssüm etdirir. Binanın tikintisi başa çatan kimi dünyanın ən qəribə görünüşlü tikililərdən biri adını alıb.

Tac Mahal, Hindistan
Tac Mahal, Hindistan

Tac Mahalın divarları cilalanmış yarışəffaf mərmərdən və naxışlı, rəngli daşlardan düzəldilib. Buna görə də bina səhər çəhrayı, günorta ağ, gecə isə gümüşü rəngdə görünür.

Televiziya mərkəzi, Pekin
Televiziya mərkəzi, Pekin

Bu heyrətamiz binanı qeyri-adi quruluşuna görə “şalvar” adlandırırlar. Əsas bina beş üfüqi və şaquli bölmələrdən ibarətdir. Nəzərə alsaq ki, bina seysmik zonada yerləşir onun inşa edilməsi heç də asan baş gəlməyib.

Müqəddəs ailə məbədi, Barselona
Müqəddəs ailə məbədi, Barselona

Antonio Qaudinin mükəmməl proyekti olan bu məbəd hələ 1882-ci ildən bəri tikilir. Tikintinin başa çatması 2026-cı ilə nəzərdə tutulur. Bu həqiqətən də möhtəşəm olacaq.

Taktsanq Lakhanq monastrı, Butan
Taktsanq Lakhanq monastrı, Butan

Məşhur monastr qayalığın 3120 metr hündürlüyündə, Paro vadisinin səviyyəsindən 700 metr yüksəklikdə yerləşir. 1998-ci ildə monastr demək olar ki, tamamilə yanıb. Bir neçə rahib ölüb. Monastra çatmaq çətin olduğu üçün təcili tibbi yardım göstərmək mümkün olmayıb. Ancaq çox qısa bir zamanda monastr bərpa olunub.

Böyük Cenni məscidi, Mali
Böyük Cenni məscidi, Mali

Bu dünyada ən böyük gil binadır və Afrikada başlıca islam mərkəzidir. Məscid bərk gildən, qumdan və sudan tikilib. Məscidin qapıları yalnız müsəlmanlara açıqdır.

Norveçin milli opera və balet teatrı
Norveçin milli opera və balet teatrı

Osloda yerləşən bu incəsənət abidəsi mərmər və şüşədən inşa edilib. Bina ultra-müasir teatr binası kimi inşa edilib.

Hazırladı: Rəna Hüseynova
Mənbə: adme.ru

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.