Bir çoxlarımızın evə yaxud da işə çatmaq üçün avtomobili var. Bu əsasən, pikap, yolsuzluq avtomobili, sedan yaxud da köhnə idman avtomobili olur. Biz avtomobilləri öz şəxsi istəklərimizə əsasən seçirik. Ancaq bir çoxlarımız arzulayır ki, dostlarımızın yanında öyünmək üçün xüsusi avtomobilə sahib olsun. Heç şübhəsiz ki, çoxları yüzlərlə at gücünə malik olan ən güclü avtomobili arzulayır. Biz dünya avtomobil istehsahlarının ən güclü 10 seriyasının siyahısını tərtib etdik. Siz bu siyahıda dünyaca məşhur olan Chevrolet, Ford kimi markaları və heç vaxt adını eşitmədiyiniz modelləri tapa biləcəksiniz.

Baxmayaraq bu avtomobil konserninin çoxlu modelləri var ki, bizim siyahımıza düşə bilərdi. Amma bu gün biz SL63 modelinə diqqət yetirəcəyik. Bu idman avtomobilinin səkkiz silindrli, 560 at gücünə malik , 5,5 litr tutumlu mühərrik və yeddi pilləli mexaniki sürət qutusundan ibarət olması həqiqətən də cəlbedicidir. Avtomobil sizə 156 000 dollara başa gələcək.

240 000 dollar qiyməti olan bu ikiqapılı avtomobil səkkiz silindrli mühərrikə və avtomat sürət qutusuna sahibdir.

Almaniya hər zaman öz avtomobilləri ilə tanınıb. 580 at gücünə malik olan Porsche Panamera Turbo S müasir dövrümüzdə ən güclü sedanlardan biri sayılır. Bu tam ötürücülü avtomobil yeddi pilləli sürət qutusundan ibarətdir. Qiyməti 180 000 dollardır.

Chevrolet kompaniyası nümayəndələrinin sözlərinə görə, bu gün Camara ZL-1 Chevroletin təqdim etdiyi ən güclü avtomobildir. 580 at gücünə malikdir. Səkkiz silindrli mühərrik və altı pilləli sürət qutusundan ibarətdir. Bu avtomobil təəccübləndirmək üçün yaradılıb.

Siz yəqin təxmin edirdiniz ki, bizim siyahı Ferrarisiz ötüşməyəcək. Ferrari 458 İtalia Speciale – bu markanın ən güclü avtomobil seriyasıdır. O, yeddi pilləli mexaniki sürət qutusundan və 630 at gücünə malik mühərrikdən ibarətdir.

Bentley – Britaniya avtomobillərinin klassikasıdır. Bu modelin qiyməti 220 000 dollardır. Avtomat sürət qutusundan və seçim üçün geniş diapazonlu konfiqurasiyalardan ibarətdir.

Ford Shelby GT500 – Mustangın tacıdır. Bu ad özü hər şeyi deyir. Bu model altı pilləli mexaniki sürət qutusundan və təkmilləşdirilmiş sensorlu əlavə təhlükəsizlik yastıqlarından ibarətdir.

Heç şübhəsiz bu səkkiz silindrli avtomobil çox güclüdür. Avtomat sürət qutusundan ibarət olan bu atomobil 11,2 saniyə ərzində saatda 200 km gedə bilir.

Əgər siz fikirləşdiz ki, Dodge Challenger SRT Hellcat çox sürətlidir, onda Nissan GT-R AMS Alph 12 modelinə də baxmağı unutmayın. 1500 at gücünə malik olan bu avtomobil 2,4 saniyə ərzində saatda 100 kilometr gedə bilir. Alpha 12-nin qiyməti 200 000 dollardır.

Bizim siyahımızda birinci yeri Lamborghini Avendator LP1600-4 tutur. Baxmayaraq ki, onu dünyada ən güclü avtomobil hesab etmək çətindir, amma bu avtomobil sözün əsl mənasında diqqətə layiqdir. 1600 at gücündə olan bu avtomobil 2,1 saniyə ərzində saatda 100 kilometr getməklə siyahıda ikinci yeri tutan Nissan GT-R AMS Alpha 12 modelini qabaqlayır. Qiyməti isə 2 milyon dollardır.
Hazırladı: Rəna Hüseynova
Mənbə: bugaga.ru
best place to order cialis online
https://canpharmb3.com cheap viagra ireland