Xəbəriniz olsun, Xəbərlər

Dünyanın ən yaxşı hava limanları

Böyük şəhərlərin vizit kartı məhz hava limanı olur.

Britaniyanın hava limanlarının təklif etdiyi xidmətlərin keyfiyyətini öyrənən nüfuzlu Skytrax şirkəti, dünyanın ən yaxşı hava limanlarının siyahısını açıqlayıb. Sorğuda 1285 milyon sərnişin iştirak edib.

Londonun Xitrou hava limanı

2_thumb12

London meri hesab edir ki, hava limanı turistlərə çox pis təsir bağışlayır. Lakin Xitrou hava limanı Skytrax şirkətinin top-10-nuna düşə bilib. İl ərzində bu hava limanından 69, 4 milyon şərnişin istifadə edir.

Beynəlxalq Vankuver hava limanı

3_thumb12

Kanadada yerləşən Vankuver hava limanı “Xalq İncəsənət Muzeyi” ilə məşhurdur. Yaşıl formada olan  könüllülər sərnişinlərə kömək edirlər. İl ərzində şərnişinlərin sayı 18 milyon təşkil edir.

Sürix hava limanı

4_thumb12

Sürix hava limanı İsveçrənin ən böyük hava limanıdır. Bu hava limanı yüksək səviyyədə təşkil olunmuş mühafizəyə görə seçilir. İl ərzində bu hava limanından 24, 8 milyon sərnişin istifadə edir.

Beynəlxalq Şoudu hava limanı

5_thumb12

Şoudu hava limanının “Langham Place” mehmanxanası ən yaxşı hava limanı-mexmanxanası siyahısında ikinci yer tutub. İl ərzində sərnişinlərin sayı 79,7 milyon təşkil edir.

Beynəlxalq Tokio hava limanı (Xaneda)

6_thumb12

Xaneda hava limanı 90 milyon sərnişin qəbul edə bilir. Skytrax şirkəti tərəfindən terminalların, mağazaların təmizliyinə görə yüksək qiymət alıb. İl ərzində Xaneda hava limanı 62,6 milyin şərnişin qəbul edir.

Sxiphol hava limanı

7_thumb11

Bu hava limanının kitabxanası, kazino klubu və sərnişinlər üçün masaj xidməti var. İl ərzində 49, 9 milyon şərnişin bu hava limanından istifadə edir.

Beynəlxalq HongKong hava limanı

8_thumb11

Sərnişinlərin istirahəti və reys gözlədikləri zaman darıxmamaqları üçün bu hava limanında qolf meydançası var.  HongKong havalimanı il ərzində 53,3 milyon şərnişin qəbul edir.

Münhen hava limanı

9_thumb10

Münhen hava limanı restoranlara və ticarət mərkəzlərinə görə yüksək qiymətləndirilir. Münhen hava limanı il ərzində 37,8 milyon şərnişin qəbul edir.

Beynəlxalq İnçxon hava limanı

10_thumb10

Bu hava limanında Koreya mədəniyyətinin muzeyi var və təmizliyi ilə seçilən hava limanlarındandır. İl ərzində İnçxon hava limanı 39,2 milyon sərnişin istifadə edir.

Beynəlxalq Çanqi hava limanı

11_thumb9

Sərnişinlərin həyəcanı aradan qaldırmaq üçün bu hava imanında üzmək üçün hovuz, kəpənəklər, kinoteatrlar, spa-mərkəzi var. İl ərzində Çanqi hava limanı 46, 5 milyon şərnişin qəbul edir.

Tərcümə etdi və hazırladı: Pərvanə Sadıqova

wowfacts.net

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.