P.S, Xəbəriniz olsun, Z-Manset

Dünyanın möhtəşəm şəlalələri - Xəbəriniz Olsun

Gəlin etiraf edək ki, şəlalələr ən gözəl təbiət hadisələrindən biridir. Dünyada elə şəlalələr var ki, onlara saatlarla tamaşa edə bilərsən. Məzuniyyət vaxtı bu şəlalalərin heç olmasa birinin qarşısında şəkil çəkməyə nail olsanız, elə bilin ki, həyatı boşa yaşamamısınız.

İquasu, Argentina
İquasu, Argentina

Bu şəlalə Braziliyi və Argentina sərhədində İquasu Milli Parkında yerləşir. Əslində İquasu bir yox, 275 şəlalədən ibarətdir. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” “U” formasında olub,eni 150, uzunluğu isə 700 metrəyə çatır. Şəlalənin bu hissəsi Braziliya ilə Argentinanın sərhədlərini müəyyən edir. 3 kilometr uzunluqda olan bu şəlalə 60-dan 80 metrə qədər hündürlükdən axır. 1984-cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilib.

Tugela, CAR
Tugela, CAR

Tugela şəlaləsi hündürlüyünə görə dünyada ikincidir. Cənubi Afrika Respublikasında yerləşir. Hündürlüyü 933 metrdir, uzunluğu 405 kilometrdir.

Yosemit, ABŞ
Yosemit, ABŞ

Bu şəlalə Kaliforniyada Yosemit Milli Parkında yerləşir. Yosemit dünyada ən hündür şəlalələrdən biridir – 739 metr. Maraqlıdır ki, qışda şəlalə demək olar “sakitləşir”. Ancaq yazda və yayda isə gurlaşır.

Anhel, Venesuella
Anhel, Venesuella

Anhel dünyada ən hündür şəlalədir. Onun hündürlüyü 979 metrdir. Bəzi sənədlərdə isə 1059 metr də göstərilir. Bu, məşhur Niaqara şəlaləsinin hündürlüyündən 15 dəfə çoxdur. Şəlalə Venesuellada “Canaima” Milli Parkında yerləşir. Dünyanın hər tərəfindən minlərlə turist buraya axışıb gəlir və hətta risk sevən insanlar bu şəlalədən tullanır. Şəlalə XX əsrin əvvəllərində tədqiqatçı Ernesto Sançes La Krus tərəfindən tapılıb. Lakin dünyada tanınmırdı. Yalnız 1933-cü ildə amerikalı pilot Ceyms Anhel filiz axtarışına görə Venesuellanın üzərindən uçuş edən zaman şəlaləni görüb və onu bütün dünyaya tanıdıb. Buna görə şəlalə onun şərəfinə adlandırılıb. Anhel şəlaləsi Venesuellanın ən vəhşi cəngəlliklərində yerləşdiyinə görə yalnız hava nəqliyyatından istifadə etməklə bura gedib çatmaq mümkündür.

Niaqara, ABŞ
Niaqara, ABŞ

ABŞ-ın şimal-şərqində yerləşir. 53 metr hündürlükdən bir saniyə ərzində 2,8 milyon litr su tökülür. Turistlər ona görə buranı sevir ki, bu şəlaləyə gəlmək asandır və ona hər tərəfdən baxmaq mümkündür. Şəlalənin ən gözəl xarici görkəmə malik olan ərazisi Kanada sahillərinə düşür. Niaqaranın bir neçə yüz metrlik aşağı templə axan ərazisində şəlalənin üzərindən “Göy qurşağı körpüsü” salınıb. Bu körpü iki dövlət arasında asan avtomobil nəqliyyatı və piyada keçidi üçün nəzərdə tutulub. Şəlalənin altında su elektrik stansiyası tikilib və hazırda 4,4 GVatt gücündə elektrik enerjisi hasil edir.

Viktoriya, Cənubi Afrika
Viktoriya, Cənubi Afrika

Viktoriya 128 metr hündürlüyü ilə dünyada ən nəhəng şəlalələrdən biri sayılır. Eni təqribən 1800 metrdir. Cənubi Afrikanın Zambezi çayında yerləşir. Bu ad isə Şotlandiya tədqiqatçısı David Livinqston tərəfindən verilib. O, ilk dəfə 1885-ci ildə şəlaləni görəndə onun heyrətamiz gözəlliyinə heyran olduğu üçün kraliçanın adını verib.

Qokta, Peru
Qokta, Peru

Dünyada ən böyük 5-ci şəlalə olan Qokta Peruda yerləşir. Onun hündürlüyü 771 metrdir. İnandırıcı olmasa da, amma bu şəlalənin varlığı 2005-ci ildə məlum olub. Ona qədər isə bu gözəlliyə ancaq aborigenlər tamaşa edib.

Kayeteur, Qayana
Kayeteur, Qayana

Bu gözəllik Cənubi Amerikada Qayana tropik meşələrində yerləşir. Onun hündürlüyü 226 metrə yaxındır. Uzun müddət ancaq yerli sakinlər bu şəlalədən xəbərdar idilər. 1870-ci ildə ingilis geoloqu təsadüfən şəlaləni tapıb. Ora gedib çıxmaq çox çətindir. Buna baxmayaraq turistlərin sayı ildən-ilə çoxalır.

Vinnufossen, Norveç
Vinnufossen, Norveç

Vinnufossen Avropada ən hündür şəlalədir (860 metr). Dünyada isə hündürlüyünə görə 6-cı yerdədir. Yuxarıdan gələn su 4 yerə ayrılır. Bu da şəlaləni daha da gözəlləşdirir.

Chenchzhutan, Çin
Chenchzhutan, Çin

Bu şəlalənin özünəməxsus gözəlliyi var. Qayalıqdan gələn su bölünərək bir neçə xırda şəlalələr yaradır.

Rido, Kanada
Rido, Kanada

Donmuş şəlalə olan Rido (Rideau) Ottavada yerləşir. 1613-cü ildə Samuel de Şamplen şəlaləyə fransız dilindən tərcümədə “pərdə” mənasını verən “rideau” adını verdi. Bir müddət sonra “şəlalənin şərəfinə” Ottavada çaya və bir çox yerlərə “Rido” adı verilib.

Hazırladı: Rəna Hüseynova
Mənbə: adme.ru

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.