İdman, ZZ-Manşet

“Düşünürəm ki, Proseniçki qalıb öz işini davam etdirəcək”

Bu il futbol üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi Robert Prosineçkinin müqavilə müddəti sona çatır.

Son zamanlar yerli və xarici mətbuatda yayılan məlumatlara görə, futbol üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi Robert Prosineçkinin Türkiyənin “Bursaspor” və İspaniyanın “Sevilya” klublarına keçməsi qeyd olunur. Bu məsələyə aydınlıq gətirmək üçün CBC Sport Telekanalın baş redaktoru Şəmsəddin Abbasovun fikirlərini öyrəndik.

“Əgər hansısa məlumatlar yayılırsa, deməli ən azınnan namizədlər sırasında bizim milli komandamızın çalışdırıcının adı var. “Sevilya” məsələsinə inanmıram, daha çox ehtimal “Valensiya” və “Bursaspor” ola bilər. Amma bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov rəsmi olaraq, mətbuata verdiyi açıqlamada bildirib ki, Robert Proseniçki heç hara getməyəcək. Düşünürəm ki, təkliflərə baxmayaraq Proseniçki qalıb öz işini davam etdirəcək. Hələki Prosineçki milli komandayla öz işini sona qədər çatdırmayıb və  bir məşqçi də öz işini sona çatdırmamış, digər cəlbedici təklifi qəbul edib getsə, daha sonra onun karyerasında bu yaxşı qarşılanmayacaq, qeyri-ciddi bir insan kimi qəbul olunacaq. Odur ki, düşünürəm, Prosineçki burda qalıb öz işini davam etsin, bizim komandayla yüksək nəticələr göstərsin. O zaman onun həm təklifləri daha çox olacaq, həm də bundan bizim milli komanda da udacaq”.

Şəmsəddin müəllim millini  qabağda gözləyən oyunlarını nəzərə alaraq, Robert Prosineçkinin millidəki indiki fəaliyyəti ilə razı olduğunu bildirərək, bəzilərinin məşqçidən narazı qalmalarının səbəblərini də qeyd elədi:

“Hələki pis deyil, pis alınmır. Nəticələrə baxsaq R.Prosineçki artıq milli komandamızla 7 xal toplayıb. Nəzərə alsaq ki, bizim ehtiyyatda San Marino ilə Bakıdakı oynumuz var. Beləliklə məşqçi yığmamızın seçmə mərhələdəki rekordunu təzəliyə bilər. İyunda Şimali İrlandiya ilə olduqca vacib qarşılaşma var. Biz umid edirik ki, bizim komandamızın qələbəsi ilə nəticələnəcək, çox çətin olacaq, amma biz inanırıq. Bir qədər iş üslubu ola bilər ki, bəzilərimizi razı salmasın. Məsələn, işə başlamazdan öncə deyilirdi ki, ölkə çempionatının oyunlarını yaxından izləyəcək, amma  getdikcə çox nadir hallarda biz Prosineçkini stadionda görürük. Hətta məndə olan məlumata görə, mayın 5-də baş tutacaq ölkə kubokunun final matçında – Qarabağ və Qəbələ görüşündə Prosineçki Naxçıvanda olmayacaq. Ola bilər ki, bu bir çoxlarını razı salmasın, amma futbolda əsas nəticədir. Mənə elə gəlir ki, Şimali İrlandıya ilə olan yaxın oyunu gözləyək və komandamız qalib gələrsə, o zaman Prosineçkiyə də hər hansı bir iradımız olmayacaq”.

Qeyd edək ki, Rober Prosineçki 2014-cü ildən Azərbaycan yığmasının baş məşqçisidir.

 

Öncəki xəbərNövbəti xəbər