Magazine, ZZ-Manşet

Ebru Gündəş Rza Zərrabdan boşanır

ebruİran əsilli azərbaycanlı iş adamı Rza Zərrab həyat yoldaşı, müğənni Ebru Gündəşin ondan boşanmaq istədiyini bildirib.
ABŞ-da həbsdə olan Rza Zərrabın vəkili Volga Gökçenin sözlərinə, Ebru Gündeş həyat yoldaşına ilk dəfə boşanma istəyini avqustun 13-də çatdırıb.
GSR.fm Oxu.az-a istinadən xəbər verir ki, Vəkil R.Zərrab çətin vəziyyətdə olmasına baxmayaraq, yoldaşının qərarını hörmətlə qarşıladığını bildirib.
Xatırladaq ki, Rza Zərrab bu ilin mart ayında həyat yoldaşı Ebru Gündəş və azyaşlı qızı ilə birlikdə ABŞ-ın Mayami şəhərinə gedərkən FTB tərəfindən həbs olunub.  O İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə ittiham olunur. R.Zərrəab üçün 75 il həbs cəzası tələb olunub.
Qeyd edək ki, Rza Zərrab Ebru Gündəşin üçüncü əridir. Məşhur müğənni ilk dəfə 16 yaşında ərə gedib, 2002-ci ildə vəkil Ömər Durak ilə ailə həyatı qurub, 2010-cu ildə isə Rza Zərrabla evlənib.
rza zerrab
Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.