Əlcəzair millisinin futbolçusu İslam Slimani ərəb iş adamları və sənətçilərin vermək istədiyi mükafatı rədd edib.
GSR.fm-in Qol.Az-a istinadən verdiyi xəbərə görə, o, özünün və komanda yoldaşlarının bu pula ehtiyacı olmadığını deyib.
İ.Slimani onlara veriləcək pulun Fələstinə göndərilməsini istəyib:
“Çünki Qəzzanın bu köməyə daha çox ehtiyacı var”.
Qeyd edək ki, ərəb iş adamları və sənətçiləri DÇ-2014-də Əlcəzair milisinin futbolçularının atdığı hər qola görə pul mükafatı və son model avtomobil hədiyyə edəcəklərini açıqlayıblar.