Sosial, ZZ-Manşet

Ələkbər Məmmədov vəfat edib

elekber-memmedovAzərbaycan futbolçusu Ələkbər Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Futbolçunun ölümündən 3 gün sonra xəbər tutulub.

GSR.fm APA-ya istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, Ə. Məmmədov Bakının “Neftyanik”, Moskvanın “Dinamo” komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. SSRİ yığma komandasının tərkibində 1958—1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.

Ə. Məmmədov həmçinin Bakının “Neftyanik” komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.

O, 1960-cı ildə “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülüb.

 

Öncəki xəbərNövbəti xəbər