Cəmiyyət

Əlillik dərəcəsi ala bilməyən könüllü döyüşçü

Eyvaz  Quliyev Tərtərdə döyüş vaxtı bədəninin müxtəlif nahiyələrindən çoxsaylı  qəlpə yaraları alıb. Tərtər hospitalında daha sonra Bakıda uzun müddət müalicə olunmasına baxmayaraq bədənindəki qəlpələri çıxarmaq mümkün olmayıb.

Eyvaz Quliyev:

– Mənim bütün bədənimdə hardasa 27-28 qəlpə var. Heç kim kömək eləmədi. Hara getdim, çox yerdə dedilər ki, getməzdin. Hamı gedirdi, vətəni qorumağa, məndə getdim! 

Müharibədə  ağır yaralanmasına baxmayaraq keçmiş döyüşçünün dediyinə görə o, hələ də əlillik dərəcəsi ala bilməyib. Eyvaz Quliyev deyir ki, bir neçə dəfə Ağdam Hərbi Komissarlığına müraciət etsəm də, mənə kömək edən olmadı. Hər dəfə “Biz sizə xəbər edəcəyik” deyib geri yolladılar.

Eyvaz Quliyev:

– Mərkəzi Hərbi Hospitaldan kağız aldım 1994-də gətirdim komissarlığa verdim. Dedim indi bunlar onun üstündə nə isə edəcəklər də, düzəldəcəklər. İki-üç dəfə də getdim heç bir xəbər də olmadı. Doğrusu, imkanım da olmadı getməyə, pul-para yox, bir şey yox…

Eyvaz Quliyev və həyat yoldaşı Vəfa xanım

Eyvaz Quliyev bu yaxınlarda ailə həyatı qurub. Onun bir yaşında oğlu da var. Ailəsini fəhləlik edərək dolandıran keçmiş döyüşçü bədənindəki qəlpələrin ona işləməkdə çətinlik törətdiyini desə də, buna məcbur olduğunu söyləyir.

Eyvaz Quliyev :

– Gözlə ki, həftədə bir dəfə, iki həftədə bir dəfə iş tapacaqsan Allaha yalvara-yalvara oda ki, nə versə odur. Deyə də bilmirsən ki, mənə 50 manat ver ya 100 manat ver. Beş manat, üç manat.. Ya gərək dilənəsən, ya da gərək qürurunu qırmayıb  ağırda olsa daş qaldırasan, nə isə edəsən də…

Həyat yoldaşı  şəkər xəstəsi olan Eyvaz  Quliyev bizə sərhəddə yaşamağın çətinliklərindən də danışır. Deyir ki, tez-tez eşidilən atəş səsləri həyat yoldaşının xəstəliyinin irəliləməsinə səbəb olub.

Eyvaz Quliyev  :

– Demək olar ki, hər gün, bəlkə də bu gün sakitçilikdir amma hər dəfə səs gəlir, atırlar. Bir çıkkıltıya belə diksinirəm. Qız şəkərdir, o qorxudan həyəcanlanır gərək həmin dəqiqə onun iynəsini vurum… Məcburam borc alım həkimə aparım. Belə çox çətindir, tək mənim üçün yox camaat üçün də çətindir.

Eyvaz dayı müharibə xatirələrindən danışır

“Müharibədə iştirak etdiyim sübut olunsa, əlillik dərəcəsi ala bilsəm, təqaüd verilsə bəlkə həyatım biraz yüngülləşər” – deyə Eyvaz Quliyev şikayətlənir. Biz də müharibədən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun hələdə əlillik dərəcəsi ala bilməməsinin səbəbini aydınlaşdırmaq üçün Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran icra başçısının birinci müavini Zülfü Qasımov deyir ki, əlillik dərəcəsi almaq çətin məsələdir. Eyvaz Quliyevə bu vaxtadək əlillik dərəcəsi verilməməsinin səbəbini soruşduqda isə onun cavabı belə olur:

Zülfü  Qasımov :

– Mərkəzi xəstəxanaya müraciət etməlidir. Orada baxmalıdırlar, hazırlamalıdırlar, verməlidirlər “VTEK” baxmalıdır. Təxminən iki-üç ay çəkən prosesdir ki, dəqiqləşməlidir. Amma veteran kitabçası almaq üçün müharibədə könüllü iştirak etdiyini təsdiq edən sənəd lazımdır. Ya hərbi biletindəmi, ya hərbi komissarlıqdamı, ya hərbi çastın arxivindənmi bir kağız gətirəcək, baxılıb veriləcək . Ancaq özündən asılıdır. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev isə 9 sentyabr 2008-ci ildə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman imzalayıb. Bu fərman cəbhədə vətənpərvərlik borcunu yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərə dövlət qayğısını artırmaq məqsədilə qərara alınıb. Amma keçmiş Qarabağ döyüşçüsü Eyvaz Quliyev hələ də bu qayğıdan məhrum olduğunu iddia edir.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org
  3. Geri izləmə: cialis no prescription
  4. Geri izləmə: ciprofloxacin 500mg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.