Siyasət, ZZ-Manşet

“Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

milli meclisAzərbaycan Milli Məclisinin yaz sessiyası çərçivəsində bu ay “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Ş. Hacıyev deyib ki, birinci oxunuş zamanı parlamentdə millət vəkillərinin irəli sürdükləri təkliflər qanun layihəsində nəzərə alınıb. Bura magistratura təhsili, elmin idarə edilməsi və elmin maliyyələşdirilməsi barədə təkliflər daxildir.

Qeyd edək ki, qanun layihəsində doktorantura və magistraturada təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi əksini tapıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.