İctimai Fikir, ZZ-Manşet

Elşad Xose: “Yaxşılığın böyüyü-kiçiyi olmur”

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

İngilis yazıçısı və dramaturqu Uilyam Şeksprin fikrincə, gələcək üçün ən yaxşı sərmayə yaxşılıq etməkdir. Bəs  görəsən, tanınmışların gördükləri ən böyük yaxşılıq nədir?

Elşad Xose: Mənə elə gəlir ki, yaxşılığın böyüyü-kiçiyi olmur. Yaxşılıq elə yaxşılıqdır. Elə şeylər var ki, həyatda yaxşılıq kimi görünə bilər, ancaq, onu açıqlayıb demək olmur.

Qorxmaz Əlilicanzadə: Vallah, mənim həyatımda çox olub. Ən böyükdür, düzü, deyə bilmərəm. Valideynlərin də, övladın da, dostun da , müəllimin də  yaxşılığı olur. Mən gördüyüm yaxşılıqlar çox olub.  Pisliklər də görmüşəm, ancaq yaxşılıqları saysam, gərək sıraya dayanım.

Vəfa Zeynalova: Həyatda gördüyüm ən böyük, ən  isti yaxşılıq, qürbətdə olanda  öz azərbaycanlının, həmyerlinin sənə dayaq olmasıdır. Çünki, qürbətdə insan daha kövrək olur, qürbətdə insan daha kimsəsiz olur.İnsan özünü çox yalnız hiss edir. Orada hər hansısa bir azərbaycanlının kiçik, normal yanaşması insana yaxşılıqdır, dayaqdır.

Ramal Əsədzadə: Həyatımda gördüyüm ən böyük yaxşılıq, Allahın məni yer üzünə göndərməsidir. Allahım tərəfindən, mən həmişə, yalnız və yalnız yaxşılıqları Allahımdam görürəm. Mənə mükafatı verən də, yer üzünə bəxş edən də, mənim ümumiyyətlə, nə uğurlarım varsa, hər bir şeyə görə Allaha borcluyam. Təbii ki, sonra da valideynlərimə. Qaldı ki, insanlardan yaxşılıq görməyimə, orta adlandırardım. Yəni, böyük bir yaxşılıq görməmişəm. Olub, danmıram ki, hansısa insanlar mənə yaxşılıq etməyib. Demirəm, ediblər. Sadəcə  orta adlandırıram , onlara böyük bir yaxşılıq demirəm. Gündəlik, adi həyatımızda olan bir şeylər.

Xatirə İslam: İnsan etdiyi yaxşılıqları deməz. Mənim gördüyüm yaxşılıqlar? İndi yadıma gəlmir.

Maestro Ceyhun: Həyatda gördüyüm yaxşılıq odur ki, Allah dünyanı yaradıb, anam ilə atam da məni dünyaya gətirib. Bundan böyük yaxşılıq var?

Elnur Məmmədov: İnsan ümumiyyətlə, gördüyü hər bir yaxşılığı yadından çıxarmır. Sözzüz ki,  həyatda o yaxşılığı görmək üçün, onu qazanmaq da lazımdır  Yəni, sən həyatda nə qədər  pis insan olsan, həyatı boyu heç vaxt heç kimdən yaxşılıq görə bilməzsən. O yaxşılığı, qazanmaq lazımdır ki, o yaxşılığı da görəsən.

Yaşar Cəlilov: Mən etdiyim yaxşılığı heç vaxt yadda saxlamıram, mənə olunan yaxşılığı da ki, “Allah köməyin olsun”- deyib keçirəm. Mən yaxşılığı ona görə etmirəm ki, yadımda qalsın. Mənə  ən çox yaxşılıq edən  valideynlərimdir, məni böyüdüblər.  Başqa, normal yaxşılıq edən adam görməmişəm.

Öncəki xəbərNövbəti xəbər