GSR fm, Maraqlı, Xəbəriniz olsun, ZZ-Manşet

Ən böyük canlı haqqında bilmədikləriniz - Xəbəriniz Olsun

balina0

Mavi və ya göy balina adlandırılan Balaenoptera cinsi balinalar fəslinə daxil olan yeddi növdən biridir. Nə qədər oxşar görünsələr də, göy balina ilə eyni cinsin başqa növü arasındakı fərq ən az insan və qorilla arasındakı fərq qədərdir. Bəs görəsən okeanda onları fərqləndirən nədir? Təbiətin ən böyük canlısı olan mavi balinalar haqqında sizi təəccübləndirən 10 məlumatı təqdim edirik:

1. Mavi balinalar qidalanma dövrlərində hər gün 3.5 ton ağırlığında olan 40 milyon krill (balaca dəniz canlısı) yeyirlər.

balina1

2. Bu canlıların körpəlikləri belə qeyri-adidir. Doğularkən dörd ton çəkisi olan balinaların boyları səkkiz metr olur.

balina2

3. Nəhəng olmalarına baxmayaraq dənizdə sürətli hərəkət edirlər. Balinaların sürəti 20-25 km olduğunu qeydə alınsa da, bəzi hallarda bu sürət 40 km-ə qədər arta bilir.

balina3

4. Adətən,  mavi balinanın normal ölçüsü 26 metr olur, elə buna görə də dünyanın ən böyük canlısı hesab edilir. Bununla yanaşı boylarının 34 metrə qədər uzandığı da elmə məlumdur.

balina4

5. Təxminən iki ildən bir hamilə qalırlar. Hamiləlik müddəti 10-12 ay arasında dəyişir.

balina2

6. Bir mavi balinanın ürəyi təxminən maşın böyüklüyündə olduğu halda beyini səkkiz kiloqramdır.

balina5

7. Körpə balinalar səkkiz aydan sonra süddən kəsilirlər. Bu səkkiz ayda hər gün təxminən 400 litr süd əmirlər.

balina6

8. Balinalar haqqında ən böyük müəmma yaş məsələsindədir. Balinaların məməli olduğu məlumdur, məməlilərin yaşı diş ölçülərinə görə müəyyən edilsə də, mavi balinaların dişi yoxdur.

balina7

9. Araşdırmaçılar tərəfindən qeyd olunan ən uzun balina ömrü 43 ildir. Amma ovçular fürsət versə, mavi balinaların 80 ilə yaxın ömrü olduğu təxmin edilir.

balina8

10. Mavi balinaların düşməni isə (insanlardan başqa) qatil balina olaraq tanınan orcalardır. Onların sürü olaraq bala balinaları öldürdükləri məlumdur.

balina01

mənbə: mynet.com

Öncəki xəbərNövbəti xəbər