Foto, Reportaj, ZZ-Manşet

Ən böyük şokolad rəsmi bu sərgidə - Reportaj

DSCF8407-001Belarusiyalı şokolad ustası Nikolya Popovun dünya turu çərçivəsində 40-dan artıq şəhərdə nümayiş etdirilən “Nikolya Şokolad Muzeyi” adlı sərgisi bu dəfə paytaxt Bakıda qonaqdır.

250-dən artıq şokolad məmulatının təqdim edildiyi sərgidə xüsusi olaraq Azərbaycan üçün hazırlanmış müxtəlif şokolad nümunələri də yer alıb. Sərgidə çəkisi 70 kq –dan artıq olan “Qız Qalası şokolad miniatürü”, “Hökumət evi” və “Alov Qülləri”ni əks etdirən şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər və digər şokolad heykəllər nümayiş etdirilib.

Nikolay Popovun müəllif sərgisində yer alan və birinci Avropa Oyunlarına həsr edilən “Bakı 2015” şokolad tablosu dünyanın ən böyük şokalad rəsmi kimi “Ginnesin rekordlar kitabı”na düşə bilər. Bu tablonun çəkisi 215 kiloqramdır.

DSCF8427-001

Şokoladdan hazırlanan digər eksponatların isə ümumi çəkisi 500 kq-dan artıqdır.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgi Muzey Mərkəzi dairəvi zalında nümayiş etdirilir.

GSR.fm şokolad sərgisindən fotoları təqdim edir:

Hazırladı: Əli Öztürk

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: cheap viagra for sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.