İqtisadiyyat, ZZ-Manşet

Ən yaşıl şirkətlərin reytinqi dərc edilib

greenpeace_big_players_green_or_dirtyAparıcı İT korporasiyalar öz məhsulunun ekoloji göstəricilərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. “Greenpeace” təşkilatı “yaşıl” istehsalçıların növbəti reytinqini dərc edib.

GSR.fm ICTnews-a istinadən bildirir ki, “Apple” korporasiyası reytinqdə liderliyini geri qaytarıb.

2014-cü ildə Kaliforniya nəhənginin ekoloji nailiyyətlərinə şirkətin bütün müəssisə və binalarında istifadə olunan enerjinin 87 faizi bərpa olunan mənbələrdən əldə olunur, “Apple”ın pərakəndə mağazaları isə artıq 100 faiz bərpa olunan enerji ilə təmin olunur.

Hazırda ABŞ-da “Apple” şirkətinin bütün istehsal obyektləri, həmçinin pərakəndə mağazalar bərpa olunan mənbələrdən 100 faiz enerji ilə təmin olunur. Başqa sözlə, günəş, külək, geotermik elektrik stansiyaları və su elektrik stansiyalarından elektrik enerjisi əldə olunur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.