Maraqlı, ZZ-Manşet

Ərdoğan Tvitter-də rekord qırır

erdoganTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tvitter hesabından son 3 ay ərzində etdiyi paylaşımlar 160 milyon dəfə görüntülənib, 2 milyon 700 min istifadəçi tərəfindən bəyənilib.

GSR.fm Qafqazinfo-ya istinadən xəbər verir ki, türkiyə prezidentinin tvitlərini 1 milyon istifadəçi öz hesablarından paylaşıb, 217 min istifadəçi isə şərh yazıb.

Ərdoğanın ən çox paylaşılan tiviti isə avqustun 7-də Yenikapıda keçirilən “Demokratiya və Şəhidlər mitinqi”nə dair yazdığı “Bu gün #TəkMillətTəkÜrək deyərək nəcibliyini bütün dünyaya bir daha nümayiş etdirən millətimə təşəkkür edirəm” yazısı olub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.