Gənclər Soruşur

Erkən nikahlar azalacaqmı?

“Gənclər soruşur” verilişinin bu dəfəki efirində “Erkən nikah” mövzusu müzakirə olundu.Qonağımız Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin əməkdaşı, hüquq müdafiəçisi Sədaqət Paşayeva idi.
Sədaqət xanıma ilk sualımız qadınlar üçün nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı oldu. Hüquq müdafiəçisi Ailə Məcəlləsinə edilən bu dəyişikliyi müsbət hal hesab edir.

Verilişdə erkən nikahın səbəbləri; erkən nikahın yaratdığı problemləri; valideynlərin bu istiqamətdə maarifləndirilməsi; valideynlərin cinayət məsuliyyətinə cəlb edilməsi təklifi; internatda yaşayan gənclərin erkən nikaha məcbur olması kimi məsələlər müzakirə olundu.

Öncəki xəbərNövbəti xəbər

Şərhlər

  1. Ruhiyye dedi ki:

    yasin qaldirlib 18 olunmasi hec bir problemi hell etmir evvel ece idise indide ele olacaq