Siyasət, ZZ-Manşet

“Ermənilər öz mövqelərini qoyub qaçırdılar”

ismixan“Aprel döyüşləri zamanı ermənilər öz mövqelərini qoyub qaçırdılar”.

Bunu ötən ilin aprelində Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı, kiçik çavuş Tahir Misirxanov AZƏRTAC-a müsahibəsində deyib.

T.Misirxanov bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə düşmən bölmələri Cocuq Mərcanlı-Horadiz yaşayış məntəqəsi istiqamətində kəndləri və əhalini atəşə tutmağa başladılar. Ermənilərin hücumunun qarşısını əks-həmlə ilə almaq üçün öz mövqelərimizdə yerləşdirildik. Bölmələrimiz tərəfindən bizim üçün ən yüksək strateji mövqe olan Lələtəpə yüksəkliyi səhər saatlarında düşməndən azad edildi və Azərbaycanın üçrəngli bayrağı orada dalğalanmağa başladı: “Həmin döyüşdə mənə düşmənin zirehli texnikasının irəliləməsinin qarşısını almaq, onları zərərsizləşdirmək tapşırığı qoyulmuşdu. Səhər saat 8-9 radələrində düşmən yenidən zirehli texnikalarla Lələtəpə istiqamətində hücuma keçməyə cəhd etdi. Bu zaman düşmənin bir neçə zirehli texnikasını məhv edə bildim. Ermənilər bilmirdilər ki, texnikaları hansı istiqamətdən vurulur. Amma onlar artıq anlayırdılar ki, Azərbaycan Ordusu ən yüksək müasir silah və texnika ilə təchiz olunub. Bunu görüb öz mövqelərini qoyub qaçmağa çalışırdılar”.

“Döyüş əmri alanda hansı hisləri keçirdin?” sualını cavablandıran Tahir Misirxanov deyib: “Mən gənc hərbçi kimi fəxr edirdim ki, ilk dəfə belə böyük bir əməliyyatın iştirakçısıyam. Bu əməliyyatda üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim. Buna görə də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundum”.

Öncəki xəbərNövbəti xəbər