Müsahibə, Sosial, ZZ-Manşet

“Ermənistan havadarlarına arxalanaraq işğalçı siyasət aparır”

uzeyirErmənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirlər.

Bu barədə GSR.fm-ə hərbi ekspert Üzeyir Cəfərov müsahibə verib. O, bildirib ki, Ermənistan beynəlxalq qurumların bu məsələyə laqeyd yanaşmasının müqabilində belə addım ata bilir:

“Əgər beynəlxalq qurumlar sərt mövqe nümayiş etdirsəydi Ermənistan beynəlxalq hüquq və normalara hörmətlə yanaşardı və Azərbaycanın işğal altında olan torpaqlarında hər hansı hərbi təlim keçirməzdi. Bu gün onlar Ağdamın Uzundərə istiqamətində təlimlər keçirilər və bununla Azərbaycanın ekologiya, flora və faunasına çox güclü zərbə vururlar. Əlbəttə ki, mən bu təlimləri qınayıram, ona görə ki, ermənilərə havadarlıq edən ölkələr Azərbaycandan Ermənistanı cəzalandırmamağı xahiş edir. Digər tərəfdən Ermənistan yenə öz həyasızlığına davam edir və Azərbaycan ərazilərində hərbi təlimlər keçirir. Bu ölkə deyir ki, iqtisadi vəziyyətim o qədər də yaxşı deyil, amma hərbi paradda silahlar nümayiş etdirir. Hərbi təlimlər çox böyük vəsait tələb edən tədbirdir. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ ilə Rusiya da onlara ümid verir ki, Dağlıq Qarabağ məsələsinin həlli yaxın perspektivdə mümkün deyil. Yəni bir sözlə havadara arxalanaraq işğalçı siyasətini davam etdirməyi fikirləşirlər”.

Üzeyir bəy, həmçinin Azərbaycanın atacağı addımlar barədə də danışıb. O, deyib ki, Azərbaycan çıxış yolunu tapacaq və düşmənə layiq olduğu cəzanı verəcək:

“Azərbaycan Silahlı Qüvvələri öz döyüş qabiliyyətini artırmalıdırlar ki, Ermənilər də nəhayət, anlasınlar ki, Azərbaycan bu vəziyyətlə sonsuza qədər barışmaq fikrində deyil. Azərbaycan müəyyən tələbləri irəli sürməlidir ki,  ya bu məsələ həll olunsun, ya da Azərbaycan lazım olan addımları atacaq”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.