Siyasət, ZZ-Manşet

Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

serheddikecdi-570x360Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.
GSR.fm nazirliyin saytına istinadən xəbər verir ki, müdafiənin ön xəttində yerləşən Azərbaycan silahlı bölmələrinin açdığı sərrast atəşlə elə ilk mərmilərlə qarşı tərəfin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır. Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.

Öncəki xəbərNövbəti xəbər