Müsahibə, Sosial, ZZ-Manşet

“Ermənistanın daha çox turist cəlbinə ehtiyacı var”

razi nurullayevErmənistan parlamentinin növbədənkənar sessiyasında İranla viza rejiminin ləğvinə dair razılaşma təsdiqlənib.

Bu barədə GSR.fm-ə müsahibə verən siyasi ekspert Razi Nurullayev bildirib ki, Ermənistanın hazırda turist cəlbinə ehtiyyacı var.

“Ermənistanın iqtisadi vəziyyəti o qədər də yaxşı deyil. Hazırda Ermənistanın daha çox turist cəlbinə ehtiyacı var. Buna görə də İranla vizaları ləğv etdi ki, Bundan əlavə hazırda Ermənistanla İran arasında qarşılıqlı maraqlara zərbə vuran hər hansı hal mövcud deyil. İki dövlətin bir-birinə qarşı nə cəsusluq fəaliyyəti üçün ciddi əsas var, nə də onların ərazi, dil və sair məsələlərlə bağlı heç bir çıxarı yoxdur. Bu baxımdan Ermənistan İranla aralarında olan viza rejimini ləğv edir və İran vətəndaşlarının bura gəlməsi nə Ermənistanın öz dövlətçiliyini ləğv edə, nə də ki erməni xalqına nəsə ziyan vura bilməz. Lakin Azərbaycanla bağlı məsələ fərqlidir. Azəbaycan hazırda İranla münasibətləri daha da yaxşılaşdırır və viza prosedurlarının sadələşdirilməsi ilə bağlı müəyyən addımlar atılır. Son zamanlar bu məsələ ilə bağlı məhz gedən proseslərdən də iranlıların Azərbaycana gəlməsi çoxalıb. Azərbaycan mediasında hər gün İrandan Azərbaycana gələn turistlərlə bağlı məlumatlar yayımlanır. Bu məlumatların yayılması da təbii ki Ermənistanda viza rejimini aradan qaldırmaq və İran turistlərinin Ermənistana cəlb etmək məqsədi güdür. Azərbaycana İran turistlərinin artımı Ermənistana da bu qərarı tezləşdirməyə vadar edir”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.