Müsahibə, Siyasət, ZZ-Manşet

“Əsəd getsə Rusiyanın Suriyadakı varlığına son qoyulacaq”

elxan“Mən inanmıram Rusiya Suriyadan çəkilsin, düzdür, Rusiya Türkiyə kimi Suriyaya quru qoşunları yerləşdirməyib, öz döyüş fəaliyyətini  ancaq havadan bombardumanlarla və Əsəd rejiminə silah ötürməklə həyata keçirir”.

Bu sözləri “Atlas” araşdırma mərkəzinin sədri Elxan Şahinoğlu Rusiyanın Suriyadakı müharibə haqqında mövqeyi ilə bağlı GSR.fm-ə danışarkən deyib:

“Yalnız bununla Suriyadakı vəziyyəti nəzarət altına almaq da mümkün deyil. Lakin Rusiyanın geri çəkiləcəyini də düşünmürəm. Rusiya bu bataqlığa girib artıq, çıxması problemlidir. Bu artıq Rusiyanın maliyyə itkisinə də səbəb olur və Rusiyanın özünün  maliyyə vəziyyəti də yaxşı deyil. Rusiya öz hərbi qüdrətini artırmaq üçün Suriyaya maliyyə dəstəyi edir və bu Rusiyaya baha başa gəlir. Rusiya tərəfi düşünür ki, əgər Əsəd rejimi hakimiyyətini itirsə, yeni gələn hökumət Rusiya ilə münasibətlərə son verəcək. Eyni zamanda Rusiya burdakı hərbi bazasını da itirə bilər”.

Siyasi analitik  bildirib ki, Rusiya yeni hakimiyyət Amerika, Türkiyə və ərəb dövlətləri ilə müttəfiqliyə üstünlük verə biləcəyini düşünür:  “Rusiya Əsəd rejiminə dəstək verməklə düşünür ki, bu hakimiyyət varlığını qorusa, Rusiyanın Suriyadakı varlığı da davam edəcək, yox əgər Əsəd getsə Rusiyanın Suriyadakı varlığına da son qoyulacaq”.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: viagra for sale in canada

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.