Siyasət, ZZ-Manşet

“ABŞ İraqa əlavə 600 hərbçi göndərəcək”

eston karterABŞ İŞİD-lə mübarizə məqsədilə İraqa əlavə 600-dən çox hərbçi göndərəcək.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.

“ABŞ İŞİD terror qruplaşması ilə mübarizə məqsədilə, o cümlədən Mosul şəhərinin terrorçulardan azad edilməsi üçün İraqa əlavə 615 hərbçi göndərəcək. Hərbçilər yaxın həftələrdə İraqa yollanacaq”, deyə E.Karter bildirib.

Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.